Məhkəmə qərarları › İş №8(025)-8/2024

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-8/2024

30.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-8/2024 30.01.2024 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Təqdimat müəllifi Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin e-2(025)-1251/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulması barədə Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin təqdimatına məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru Həmidli Ülvi təqdimatla məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin e-2(025)-1251/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Borclu əmlakı üzərinə həbs qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Qəbələ rayon İcra və probasiya şöbəsinin rəisi, baş ədliyyə müşaviri Sahib Bayramov 29 yanvar 2024-cü il tarixdə məhkəməyə dəftərxana vasitəsi ilə müraciət edərək, icra sənədi üzrə borclu tərəfindən 600 manat ödəniş edildiyi üçün təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu Ülvi Həmidli təqdimatın baxılmadan geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada tələbkar və borclu xəbərdar edilsə də, tələbkar və borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsaslanaraq təqdimata tələbkarın və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı ərizəsinin qaytarılması barəsində ərizə verdikdə, cavabdeh isə işin mahiyyəti üzrə həll edilməsini tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən hallar təqdimatın baxılmamış saxlanılması üçün əsasdır. Beləliklə məhkəmə hesab edir ki, Qəbələ Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Ülvi Həmidlinin Borclu əmlakına həbs qoyulmasına dair təqdimatı baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Qəbələ Rayon Məhkəməsinin e-2(025)-1251/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu əmlakı üzərinə həbs qoyulmasına dair Qəbələ Rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİ dərəcəli ədliyyə qulluqçusu Ülvi Həmidlinin təqdimatı baxılmamış saxlanılmasın. Qərardaddan 10 gün müddətinə Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar