Məhkəmə qərarları › İş №8(025)-95/2023

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-95/2023

26.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-95/2023 26.09.2023 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim İsayev Elman Bəhruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tahirova Ləman Kamran qızının katibliyi ilə, Qəbələ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülvi Həmidli tərəfindən verilmiş Borclu məxsus «Chevrolet Cruze» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barəsində təqdimata açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Qəbələ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülvi Həmidli borclunun əmlakı üzərinə həbsin qoyulması barədə təqdimat ilə məhkəməyə müraciət edərək, Borclu məxsus «Chevrolet Cruze» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsinin e-2(025)- 659/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu X1 458 manat məbləğində pul vəsaiti tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə borclu X2 icra sənədində qeyd olunan ünvanına göndərilmiş, lakin borclu tərəfindən icra edilməmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, borclu X3 məxsus **-BX-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" markalı avtomobil müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsini rəhbər tutaraq, icra sənədi üzrə borclu X3 məxsus, **-BX-*** dövlət qeydiyyat nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin üzərinə həbs qoyulması məsələsinə baxılması xahiş olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə icra məmuruna, tələbkara və borcluya qanunla nəzərdə tutulmuş qaydada xəbərdarlıq olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməli, Borclu məxsus «Chevrolet Cruze» markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Belə ki, iş materiallarında olan Qəbələ Rayon Məhkəməsinin 2(025)-659/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 428 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sorğu məlumatından görünür ki, Borclu adına «Chevrolet Cruze» minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobil xx.xx.2022-ci il tarixdə qeydiyyatda alınmışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq icra məmurunun əsaslandırımlış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(025)- 659/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Qəbələ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ülvi Həmidlinin avtomobilin üzərinə həbsin qoyulması barədə təqdimatı təmin edilməlidir. Şərh olunanlara əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2ci maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(025)-659/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu məxsus «Chevrolet Cruze» minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elman İsayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar