Məhkəmə qərarları › İş №8(025)-95/2025

Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-95/2025

05.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-95/2025 05.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Təqdimat müəllifi Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X1, Tələbkar və Borclu iştirakları ilə Qəbələ Rayon Məhkəməsinin 2(025)-1474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatına məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu T.A.HəsənquliyevQəbələ Rayon Məhkəməsinin 2(025)-1474/2023 saylı, xx.xx.2023-cü il tarixliicra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan Qəbələ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(025)-1474/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 14 sentyabr 2023-cü il tarixdən başlayaraq, 25 fevral 2018ci il təvəllüdlü X3 və 14 sentyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixində Qəbələ rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə borcluya göndərilmiş, lakin icra sənədində olan tələb Borclu tələb olunmasına və barəsində inzibati protokol verilməsinə baxmayaraq borcu ödəməmiş və xx.xx.2025-ci il tarixə 33520 manat ödənilməmiş borcu yaranmışdır. Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında Qəbələ rayon İcra və probasiya şöbəsinin icra məmuru, İdərəcəli ədliyyə qulluqçusu X2 təqdimatı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Eyni zamanda göstərdi ki, hazırkı təqdimatın verilməsi İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. Məhkəmə iclasında Borclu izahatında göstərdi ki, borcu olmasını etiraf edir. Borcunu ödəməsinə səbəb işsiz olmasıdır. Belə ki, müharibə dövründə yaralanmış və ayağından zədə almışdır. Hal-hazırda məşğulluqdan onu işləmək üçün Qarabağa göndərməyə çalışsalar da, sağlamlıq vərəqəsi ala bilmədiyindən iş tapmaqda çətinlik çəkir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Tələbkar izahatında göstərdi ki, hal-hazırda uşaqları ilə birlikdə Mirzəbəyli kəndində ailəsi ilə yaşayır. Borclu ayrılmasına səbəb ailəsinə baxmaması olmamışdır. Onlara Ceyhunun anası baxmışdır. Borcun ödənilməsini tələb edir, əks halda təqdimatın təmin edilməsini xahiş edir. Məhkəmə təqdimatı, ona əlavə olunmuş sənədləri və icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Təqdimata əlavə olunmuş Qəbələ Rayon Məhkəməsinin 2(025)-1474/2023 saylı, xx.xx.2023-cü il tarixliicra vərəqəsinə əsasən cavabdeh Borclu 14 sentyabr 2023-cü il tarixdən başlayaraq, 25 fevral 2018-ci il təvəllüdlü X3 və 14 sentyabr 2022-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 160 (bir yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq Tələbkar verilməsi qət edilmişdir. Təqdimata əlavə edilmiş Qəbələ rayon İcra və probasiya şöbəsinin 22iyul 2025-ci il tarixli məktubundan görünür ki, Qəbələ Rayon Məhkəməsinin 2(025)-1474/2023 saylı, xx.xx.2023-cü il tarixliicra sənədi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatın verilməsi İcra Baş İdarəsi ilə razılaşdırılmışdır. Məhkəmə icra işini və təqdimata əlavə edilmiş sənədləri tədqiq edərək müəyyən edir ki, borcluya könüllü icra üçün verilmiş vaxt ərzində və ondan sonra edilmiş xəbərdarlıqlara baxmayaraq icra sənədinin icrasını təmin etməmiş, onun əmlak vəziyyəti tam olaraq yoxlanılmış və zəruri icra hərəkətləri edilmiş, lakin hər hansı bir nəticəyə nail olunmamışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinin tələbinə görə, İcra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, onların ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərarı dərhal “Elektron məhkəmə” informasiya sistemindən “Elektron icra” informasiya sisteminə ötürülür. “Elektron icra” informasiya sistemi vasitəsilə bu barədə dərhal “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə məlumat ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxs və ya borclu hüquqi şəxsin icra orqanının rəhbəri barədə məhdudiyyət tətbiq edilir, bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsə və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinə və tələbkara məlumat verilir, o cümlədən borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir.. Həmin Qanunun 84-1.2-ci maddəsinə görə isə Borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda bu barədə məlumat dərhal “Elektron icra” informasiya sisteminə daxil edilir və “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə ötürülür və həmin məlumat-axtarış sistemində borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin barəsində tətbiq edilmiş məhdudiyyət götürülür və bununla bağlı “Elektron icra” informasiya sistemi vasitəsilə borclu fiziki şəxsin və ya borclu hüquqi şəxsin icra orqanının rəhbərinin adına qeydə alınmış mobil telefon nömrəsinə (nömrələrinə) SMS göndərilir. Odur ki, məhkəmə icra sənədənin icrasını təmin etmək məqsədilə Borclu müvəqqəti olaraq ölkədən getmək hüququnun məhdudlaşdırılmasını əsaslı sayıb, təqdimatın təmin olunması qənaətinə gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı qərardad dərhal icra olunmalıdır. Məhkəmə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun dərhal məhdudlaşdırılmaması, tələbkarın hüquqularının qorunmasının mümkün olmaması və ya əhəmiyyətli dərəcədə çətinləşməsi ilə nəticələnə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 231, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Qəbələ Rayon Məhkəməsinin 2(025)-1474/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu ölkədən getmək hüququ müvəqqəti, qətnamə icra olunana qədər məhdudlaşdırılsın. Qərardad dərhal icra olunsun. Qərardaddan şikayət verilməsi qərardadın icrasını dayandırmır. Qərardaddan onun surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Abbas Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar