Azərbaycan Respublikası adından QƏRARDAD Qəbələ şəhəri İş № 8(025)-97/2025 07.08.2025 QƏBƏLƏ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Abbas Baba oğlunun sədrliyi, Əbdürəhimova Fəridə Arif qızının katibliyi, Maraqlı şəxs Qəbələ rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakı ilə Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli e-2(025)-735/2025 nömrəli qətnaməsinə izah verilməsinə dair maraqlı şəxs Qəbələ rayon Qeydiyyat şöbəsinin ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq,məhkəmə M ü ə y y ə n e t d i: Maraqlı şəxs Qəbələ rayon Qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli e-2(025)-735/2025 nömrəli qətnaməsinə izah verilməsini xahiş etmişdir. Qəbələ rayon Qeydiyyat şöbəsi ərizəni onunla əsaslandırmışdır ki, məhkəmənin xx.xx.2025-ci il tarixli 2(025)-735/2025 nömrəli qətnaməsinin “qət etdi” bölməsində iddiaçı Maraqlı şəxs cavabdeh X5 ilə aralarındakı xx.xx.2021-ci ildə Qəbələ rayon Qeydiyyat şöbəsində qeydə alınmış 33 nömrəli nikahın pozulması qərara alınmışdır. Lakin, məhkəmə qətnaməsi qanuni qüvvəsini almamışdan əvvəl xx.xx.2025-ci ildə X5 vəfat etmişdir. Odur ki, nikahın pozulması qərara alınanda tərəf sağ olsa da, qətnamə icra olunanadək vəfat etdiyi üçün qərarın icrası məsələsinin necə həll edilməsi məsələsinə ətraflı izah edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Qəbələ rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X2 ərizədə göstərilənlərə uyğun izahat verib, ərizəyə izah verilməsini məhkəmədən xahiş etdi. Həmçinin göstərdi ki, iddiaçı Maraqlı şəxs ora gələn zaman söhbət etmişlər və ondan hansı səbəblə boşanmaq üçün məhkəməyə müraciət etdiyini soruşmuşlar. Maraqlı şəxs isə maddi imkanı olmaması səbəbindən boşandığını bildirmişdir. Onun azyaşlı uşağı olmasına görə yazıqları gəlmiş və belə bir ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məlumat vermədən üzrsüz səbəbdən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Məhkəmə qeyd edilən normaya əsasən iddiaçı Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə Qəbələ rayon Qeydiyyat şöbəsinin Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli e-2(025)-735/2025 nömrəli qətnaməsinə izah verilməsinə dair ərizəsində göstərilənləri və mülki işin materiallarını tədqiq edib hesab edir ki, ərizə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı Maraqlı şəxs cavabdeh X4 qarşı "nikahın pozulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 ilə xx.xx.2021-ci il tarixdə Qəbələ rayon Qeydiyyat şöbəsində aralarında bağlanmış rəsmi nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli e-2(025)-735/2025 nömrəli qətnaməsinə əsasən iddiaçı Maraqlı şəxs ilə cavabdeh X5 arasında Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən 2021-ci il iyulun 07-də qeydə alınmış 33 nömrəli nikahın pozulması, 19 dekabr 2024-cü il təvəllüdlü X3 iddiaçı - anası Maraqlı şəxs yanında saxlanılması qət edilmişdir. Sözügedən qətnamə xx.xx.2025-ci il tarixdə qanuni qüvvəsini almış və icra olunması üçün elektron qaydada Qəbələ rayon Qeydiyyat şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.3-cü maddəsinə əsasən nikahın pozulması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Həmin Məcəlllənin 180.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi əsasında nikahın pozulmasını bu Məcəllənin 23.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə daxil olmuş məhkəmə qətnaməsindən çıxarışa əsasən, habelə həm ər ilə arvadın hər ikisinin, həm də onlardan birinin ərizəsi üzrə müvafiq icra hakimiyyəti orqanı qeydə alır. Azərbaycan Respublikası MPM-nin 230-cu maddəsinə əsasən: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. 230.4. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi bu barədə ərizə məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 230.5. Qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Göründüyü kimi hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli e- 2(025)-735/2025 nömrəli qətnaməsinin “qət etdi” hissəsində göstərilmiş hissə tam aydındır, icra sənədində hər hansı bir qeyri-müəyyənlik və anlaşılmazlıq mövcud deyil. İddiaçı Maraqlı şəxs “nikahın pozulması” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmış və qətnamə qəbul edilmiş, qətnamə də Ailə Məcəlləsində nəzərdə tutulmuş qaydada qanuni qüvvəsini alan kimi “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüşdür. Məhkəmə eyni zamanda qeyd edir ki, Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli e-2(025)-735/2025 nömrəli qətnaməsinin icra edilməməsi və ya icra edilməsinə mane ola biləcək hər hansı maddi və ya prosessual norma müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli e-2(025)- 735/2025 nömrəli qətnaməsinin icrasına izah verilməsinə dair Qəbələ rayon Qeydiyyat şöbəsinin ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 230, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 03 iyun 2025-ci il tarixli e-2(025)-735/2025 nömrəli nömrəli qətnaməsinə izah verilməsindən imtina olunsun. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qəbələ Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abbas Əliyev
Məhkəmə qərarları › İş №8(025)-97/2025
Qəbələ Rayon Məhkəməsi Qərardad — İş №8(025)-97/2025
07.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver