Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-1/2023 09.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 icraatın dayandırılması haqqında təqdimatına Quba Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı və Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-1237 saylı icra sənədləri üzrə icaatın dayandırılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı icra sənədinə əsasən Borclu Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 10350 manat məbləğində cərimə olunmuşdur, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)- 1237 saylı icra sənədinə əsasən Borclu cəmi 648,28 manatməbləğində pul vəsaiti tutulub Tələbkar ASC-nin xeyrinə ödənilməlidir.Tutma girov predmetləri-1 ədəd boyunbağı çəkisi 2.2 qram, əyarı 750, qiyməti 231,44 manat, 1 ədəd kulon, çəkisi 2 qram, əyarı 583, qiyməti 162,98 manat, 1 ədəd sırğa, çəkisi 2,1 qram, əyarı 583, qiyməti 171,13 manat, 1 ədəd üzük, çəkisi 4 qram, əyarı 583, qiyməti 325,96 manat olan qızıl-zinət əşyalarına yönəldilməli, həmin girov predmetləri göstərilən ilkin satış qiyməti ilə açıq hərracda satılmalı, əldə edilmiş pul vəsaiti hesabına Borclu Rabitəbank” ASC-nə olan borcu ödənilməli və borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Borclu qaytarılmalıdır. Həmin icra sənədləri müxtəlif tarixlərdə icraata daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Borclu hər iki icra sənədi üzrə borclu olduğuna görə onların ümumi icraatda birləşdirilməsi haqqında qərar qəbul edilmişdir. Tələbin icrası ilə bağlı Borclu bildiriş göndərilmiş, lakin poçt xidməti və yerli icra hakimiyyəti orqanı vasitəsilə onun icra sənədində qeyd olunan ünvan 1 ünvanda yaşamadığı məlum olmuşdur. Eyni zamanda tələbin icrasını məcburi qaydada təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyinin “Elektron İcra İnformasiya Sistemi” vasitəsilə borclu H.Abbasovun əmlak və gəlirlərinin müəyyən edilməsi üçün axtarış verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər səmərə verməmişdir. Borclu H.Abbasov olduğu yeri müəyyən etmək mümkün olmadığına görəxx.xx.2022-ci il tarixdə onun axtarılması barədə qərar qəbul edilmiş və Quba Rayon Polis Şöbəsində 02.082022-ci il tarixli 560173 saylı axtarış işi açılmışdır. Ona görə də Borclu olduğu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-istintaq Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı və Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-1237 saylı icra sənədləri üzrə icraat dayandırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə hazırki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Məhkəmə, təqdimata əlavə olunmuş sənədləri araşdırıb, onlara hüquqi qiymət verərək, hesab edir ki, icra sənədi üzrə borclu axtarışda olduğu üçün təqdimat təmin edilməli və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı və Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-1237 saylı icra sənədləri üzrə icraat Borclu axtarışı başa çatanadək dayandırılmalıdır. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-1237/2022 saylı icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2021-ci il tarixli QBLM-06226 saylı kredit müqaviləsi üzrə 540 manat əsas borc, 60 (altmış) manat 28 qəpik məbləğində faiz borcu, 18 (on səkkiz) manat cərimə borcu, cəmi 618 ( altı yüz on səkkiz) manat 28 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğdə pul vəsaiti tutulub Tələbkar ASC-nin xeyrinə ödənilsin. Tutmaq girov predmetləri -1 ədəd boyunbağı çəkisi 2.2 qram, əyarı 750, qiyməti 231,44 manat 1 adəd klulon, çəkisi 2 qram, əyarı 583, qiyməti 162,98 manat, 1 ədəd sırğa, çəkisi 2,1 qram əyarı 583, qiyməti 171,13 manat manat, 1 ədəd üzük, çəkisi 4 qram, əyarı 583, qiyməti 325,96 manat olan qızıl-zinət əşyalarına yönəldilsin, həmin girov predmetləri göstərilən ilkin satış qiyməti ilə açıq hərracda satılsın, əldə edilmiş pul vəsaiti hesabına Borclu Tələbkar ASC-nə olan kredit borcu ödənilməli və borc ödənildikdən sonra artıq qalan pul vəsaiti Borclu qaytarılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən verilmiş İnzibati Tənbeh vermə haqqında 15 fevral 2022-ci il tarixli 10000/0056№li qərardan görünür ki, Borclu Azərbaycan Respublikası İXM-ninn 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 10350 manat məbləğinə cərimə edilmişdir. İş materiallarında olan Quba Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Borclu barəsində xx.xx.2022-ci il tarixdə 560173/22 nömrəli axtarış işi açılaraq olduğu yerin müəyyən olunması üçün tədbirlər həyata keçirilir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Həmin Qanununun 19.1.2-ci maddəsinə əsasən borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda—müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək, yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək icraat dayandırılır. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi haqqında məsələlərə icra məmurunun təqdimatı əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsində nəzərdə tutulmuş qaydada baxır və təqdimatın təmin olunması və ya onun rədd edilməsi barədə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı və Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-1237 saylı icra sənədləri üzrə icraat Borclu axtarışı başa çatanadək dayandırılsın. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-1/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-1/2023
09.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver