Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-108/2023 07.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 borclu ünvan 1i ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1874/2021 saylı icra sənədinə əsasən, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Borclu hər ay hər bir uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar hesabına ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixində Quba Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin, bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmiş, buna baxmayaraq tələbin icrası nəticə verməmişdir. Göstərilənləri nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclu və tələbkar, habelə Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 1874/2021 saylı icra sənədinə əsasən, xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq Borclu hər ay hər bir uşaq üçün 120 manat olmaqla, iki uşaq üçün cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişin və xəbərnamənin surətindən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir və o müvafiq imza etməklə bildirişi almışdır. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə olunan arayışdan göründüyü kimi, Borclu hal-hazırda Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1874/2021 saylı icra sənədi üzrə 1000 (min) manat borcu yaranmışdır. Məhkəmə icra məmurunun təqdimatına əlavə etdiyi sənədləri tədqiq edərkən müəyyən etmişdir ki, borclu icra sənədini üzrlü səbəb olmadan icra etməməklə icradan yayınır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Qeyd olunanlara əsasən Borcluunun ölkə ərazisini tərk edəcəyi təqdirdə qeyd edilən icra sənədinin icra oluna bilinməmə mümkünlüyünü nəzərə alaraq, məhkəmə hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)-1874/2021 saylı icra sənədi üzrə borclu xx xxxxxx 1988-ci ildə ünvan 1ində doğulmuş, ünvan 1i ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-108/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-108/2023
07.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver