Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-110/2023 06.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon X6 Rayon Məhkəməsinin 2(027)-2457/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qətnaməsinin izah edilməsi barədə verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Quba Rayon Məhkəməsinin 2(027)-2457/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən Quba rayonunun Dağlı kəndində xx.xx.2017-ci il tarixdə doğulmuş Elgün adlı uşağın X1 doğulması faktı müəyyən edilmişdir. Hazırda Quba rayon X9 Rayon Məhkəməsinin 2(027)-2457/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qətnaməsinin izah olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Quba rayon məhkəməsinin 2(027)-2457/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qətnaməsinin icrasında yaranmış çətinliklərin aradan qaldırılması və qətnamənin icra olunması məqsədilə məhkəmə qətnaməsinin nəticə hissəsinə izah verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(027)-2457/2022-ci il nömrəli qətnaməsi ilə Elgün adlı xx.xx.2014-cü il tarixdə Quba rayonu Dağlı kəndində X1 doğulması faktı müəyyən olunmuşdur.Lakin vətəndaş Pərvanə Rəcəb qızı qətnamənin icrası ilə bağlı Quba rayon qeydiyyat şöbəsinə müraciət edərkən onun şəxsiyyət vəsiqəsinə tərəfimizdən baxış keçirilmiş və məlum olmuşdur ki, şəxsiyyət vəsiqəsində soyadı “Şükürova” kimi qeyd olunmuşdur. Qeyd olunan məhkəmə qətnaməsində isə onun soyadı “Allahverdiyeva” kimi yazılmışdır. Şəxsiyyət vəsiqəsi ilə qətnamədə Pərvanəni soyadı müxtəlif yazıldığı üçün soyadlarda olan ziddiyyət qətnamənin icrasını mümkünsüz etmiş və qətnaməyə izah verilməsi zərurəti yaranmışdır. Quba rayon Qeydiyyat Şöbəsinə iclasın vaxtı və yeri barədə məlumat verilsə də, şöbənin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, məhkəmə qeyd olunan məsələyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 230.4-cü maddəsinə əsasən qətnamənin izah edilməsi məsələsi məhkəmə iclasında həll olunur. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilirlər. Lakin onların gəlməməsi qətnamənin izah edilməsi məsələsinə baxmağa mane olmur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə X2 arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmışdır. Nikahdan sonra Pərvanə Allahverdiyeva “Şükürova” soyadını almışdır. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Qusar rayonunda vəfat etmişdir. Məhkəmə izah edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-2457/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qətnaməsinə əsasən Quba rayonunun Dağlı kəndində xx.xx.2017ci il tarixdə doğulmuş Elgün adlı uşağın X1 doğulması faktı müəyyən edilmişdir. X4 ilə X2 arasında xx.xx.2023-cü il tarixdə nikah bağlanmış və nikahdan sonra Pərvanə Allahverdiyeva “Şükürova” soyadını almışdır. Quba Rayon Məhkəməsinin 2(027)- 2457/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qətnaməsində qeyd olunan X2 ilə X5 eyni şəxsdir. Azərbaycan Respublikası MPM-nin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 230.4 və 230.5-ci maddələrini rəhbər tutaraq, qərara aldı : Ərizə təmin olunsun. Quba Rayon Məhkəməsinin 2(027)-2457/2023 saylı, 14 dekabr 2023-cü il tarixli qətnaməsində qeyd olunan X2 ilə X5 eyni şəxs hesab edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-110/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-110/2023
06.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver