Məhkəmə qərarları › İş №8(027)-110/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-110/2025

12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-110/2025 12.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2, Borclu Maraqlı şəxs iştirakı ilə, X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 ərizə ilə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkməsinin xx.xx.2024 -ci il tarixli 2(105)- 729/2024 saylı qətnaməsi ilə cavabdeh Maraqlı şəxs, yetkinlik yaşma çatmayan 01 avqust 2013 - cu il təvəllüdlü X10 və 01 iyun 2015 - ci il təvəllüdlü X1 üçün hər ay 250 manat məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil oludugu tarixdən başlayaraq Maraqlı şəxs onun xeyrinə sonra ki, artımla nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqında 0.78 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs, ilə 2012-cı il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Rəsmi nikahlarından 01 avqust 2013-cü il təvəllüdlü X10 və 01 iyun 2015 - ci il təvəllüdlü X8 anadan olmuşdur. Quba rayon Məhkəməsinin 2(027)-331/2024 mülki iş üzrə 12.01 2024-ci il tarixli qətnaməsi ilə 01 avqust 2013-cü il təvəllüdlü X10 və 01 iyun 2015 - ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixindən başlayaraq Maraqlı şəxs hər uşağa görə hər ay 175 manat alimentin tutulub verilməsi qət edilmişdir. Cavabdeh Maraqlı şəxs Quba rayon Məhkəməsinin 2(027)- 331/2012024 mülki iş üzrə 12.01 2024 - ci il tarixli qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayyət verərək Sumqayıt Apellyasiya məhkəməsi xx.xx.2024-ci il tarixli 2(105)-729/2024 saylı qətnaməsi ilə cavabdehin Apellyasiya şikayətin təmin edərək hər uşağa görə hər ay 125 manat alimenti azaldaraq qətnamə qəbul edilmişdir. Hal-hazırda o, valideyinləri ilə yaşamağına baxmayaraq birgə nikahlarından dünyaya gələn övladlarını tək böyüdərək xərclərin ödəyir, əlbətdə ki, bir valideyin olaraq övladlarının qayğısına qalmağı və saxlamağı özünə borc bilir. Övladlarının saxlanılması üçün cavabdeh heç bir köməklik etmir cavabeh övladlarının təhsil almalarını əyinlərin təmin olunmasında və övladlarının xərclərində bir valideyn olaraq övladlarının qayğısına qalmır hal bu ki, cavabdeh rəsmi işləsəndə fərdi işlərlədə məşqul olur yaxşı qazancıda var lakin övladlarına köməklik etmir. Himayəsində az yaşlı övladlarının olmasına görə mən heç bir yerdə işləmir o, uşağı təkbaşına çox çətinliklə saxlayır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən 125 manat məbləğində aliment uşağın təlabatlarını heç cür ödəmir. Bu məbləğ simvolik xarakter daşıyır. Cavabdeh isə uşaqlarının saxlanması üçün ona heç bir əlavə yardım etmir. Bundan başqa cavabdehin fərdi işlə və bizneslə məşğul olur, gəlirləri yüksəkdir. Lakin buna baxmayaraq cavabdeh birgə nikahından dünyaya gələn övladlarının böyüdükcə inkişaf edərək xərcləri artmasını nəzərə almır. Məhkəmə iclasında X3 ərizəni müdafiə edərək,ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizəni qəbul etməyərək bildirmişdir ki, 378 manat əmək haqqı alır. 250 manat aliment ödəyir. Aliment məbləğinin dəyişdirilməsinə razı deyil. Qeyd olunanlara əsasən təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Apellyasiya məhkəməsi xx.xx.2024-ci il tarixli 2(105)-729/2024 saylı qətnaməsi ilə Quba Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh Maraqlı şəxs iddiaçı X4 xeyrinə 01 avqust 2013-cü il təvəllüdlü X6 və 01 iyun 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2023-cü il üzrə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat və 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya məhkəməsi xx.xx.2024-ci il tarixli 2(105)-729/2024 saylı qətnaməsinə əsasən 01 avqust 2013-cü il təvəllüdlü X6 və 01 iyun 2015-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş aliment məbləği 2024-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 12 may 2025ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Sumqayıt Apellyasiya məhkəməsi xx.xx.2024-ci il tarixli 2(105)-729/2024 saylı qətnaməsinə əsasən 01 avqust 2013-cü il təvəllüdlü X6 və 01 iyun 2015-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,36 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar