Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-111/2025 12.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2, Borclu iştirakı ilə, X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinin 2(027)-1218/2023 saylı, 20 iyun 2023cü il tarixli qətnaməsinə əsasən 31 oktyabr 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Quba rayonu, Birinci Nügədi kəndində yaşayan Borclu xeyrinə tutulan 190 manat sabit pul məbləğində alimentin indeksasiya edilərək, ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində müəyyən edilməsi və cavabdehdən alınaraq ona verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, o, Borclu ilə 26 sentyabr 2019-cu il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Quba rayon Məhkəməsinin 2(027)-2049/2021 nömrəli, 14 oktyabr 2021 ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, birgə nikahdan anadan olmuş 31 oktyabr 2020-ci il təvəllüdlü X7 himayəsində saxlanılması və uşağın saxlanılması üçün Borclu Cafər oğlundan hər ay 175 manat alimentin alınaraq ona verilməsi qət edilmişdir. Quba rayon Məhkəməsinin 2(027)- 1218/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq 190 manat müəyyən edilmişdir. O, uşağı təkbaşına çox çətinliklə saxlayır. Heç bir yerdə işləmir. Məhkəmə qətnaməsi ilə müəyyən edilən 190 manat məbləğində aliment uşağın təlabatları heç cür ödəmir. Bu məbləğlə uşağın qida xərclərini belə ödəmək mümkün deyildir. Halbuki cavabdehin daha yuxarı məbləğdə aliment ödəməyə imkanı vardır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verəərk təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu ərizəni qəbul etməyərək bildirmişdir ki, heç yerdə işləmir. Aliment məbləğinin dəyişdirilməsinə razı deyil. Qeyd olunanlara əsasən təmin edilməməsini xahiş etmişdir. Məhkəmə borclunu dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-1218/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə 31 oktyabr 2020-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, 26 avqust 2021-ci il tarixdə bağlanmış MŞİH-01349 saylı barışıq sazişi ilə müəyyən olunmuş, Quba Rayon Məhkəməsinin 2(027)-2049/2021 nömrəli, 14 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə nəzərə alınmış alimentin miqdarı artırılmaqla, hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdeh Borclu hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment iddiaçı X5 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2023-cü il üzrə minimum aylıq əmək haqqının məbləği 01 yanvar 2023-cü il tarixdən 345 manat və 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin 2(027)-1218/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən 31 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş aliment məbləği 2023-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 02 may 2025-ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba rayon Məhkəməsinin 2(027)-1218/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsinə əsasən 31 oktyabr 2020-ci il təvəllüdlü X1 üçün Borclu tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-111/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-111/2025
12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver