Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-114/2025 15.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X2, Tələbkar, Borclu iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1350/2019 nömrəli icra sənədinin icrasının dayandırılmasına dair Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Rauf Quliyevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Rauf Quliyev təqdimatla məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)- 1350/2019 nömrəli icra sənədinin icrasının dayandırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimatı onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1350/2019 saylı icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. Borclu 22 manat 50 qəpik məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Qeyd olunan icra sənədi ilə bağlı 102913/2019 saylı icra işi açılaraq, xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Eyni zamanda borcluya tələbin könüllü icra etməsi barədə bildiriş göndərilmişdir. Aparılan icra tədbirləri nəticəsində məlum olmuşdur ki, Borclu həqiqətən də Quba rayon mərkəzi xəstəxanasının KŞP-nın kabinetində qeydiyyatdadır, belə ki, həmin xəstəxanadan verilən rəsmi məlumata görə X4 Sol Ağciyərin infiltrativ vərəmi MDR forma diaqnozu qoyulmuşdur. Quba RMX ASC Şöbəsindən Ambulator Stasionar_tibbi kartasındakı məlumata görə xəstə Borclu xx.xx.2019 xəstəxanaya daxil olmuş, xx.xx.2019-cu ildə çıxmışdır. Xəstənin tam diaqnozu Sol tərəfli Ekmdativ Plevrit, Sol ağciyərin İnfiltrativ vərəmi-dağılma mərhələsi TDM (+) MDR forma. Quba RMX-nın 20 aprel 2022-ci il tarixli arayışına əsasən sözü gedən xəstə xx.xx.2021-ci il tarixdən ETACXİ-da MDR konsilim qərarı ilə № 557 protokola əsasən 18 aylıq proqrama salınmışdır, müalicəsi davam edir. Quba RMX-nın xx.xx.2023-cü il tarixli arayışına əsasən xəstənin diaqnozu ağırlaşma mərhələsindədir. Ağciyərlərin infiltrativ vərəmi, dağılma mərhələsi MDR forma TDM (-) mənfi qiymətləndirilmişdir. Quba rayon icra və probasiya şöbəsinin borclu Tural Priverdiyevin xəstəliyinin vəziyyəti ilə bağlı xx.xx.2025ci il tarixli sorğusuna cavab olaraq həmin şəxsin hal-hazırda da Quba rayon mərkəzi xəstəxanasının vərəm şöbəsində qeydiyyatda olması barədə rəsmi məlumat verilmişdir. Ona görə də Quba rayon məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(027)-1350/2019 saylı icra sənədi üzrə icraat dayandırılmalıdır. Məhkəmə iclasında Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X1 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1350/2019 saylı icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2019-cu il tarixdə daxil olmuşdur. Alimenti ödəmədiyinə görə Borclu barəsində iki dəfə inzibati qaydada həbs olunmuş, ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Borclu əvvəllər ödənişlər etmiş, 2015-ci il tarixdə barəsində Quba rayon mərkəzi xəstəxanasının vərəm şöbəsində qeydiyyatda olması barədə arayış daxil olmuş, hal-hazırda da Quba rayon mərkəzi xəstəxanasının vərəm şöbəsində qeydiyyatdadır. Barəsində bürün məcburi icra tədbirləri görülmüş, borcun yönəldiləcəyi hər hasnı əmlakı da yoxdur. Təqdimatın təmin olunubolunmamasını məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında Tələbkar bildirdi ki, Borclu 2019-cu ildə 1 aylıq müddətdə xəstəxanada olmuş, sonradan müalicəsi ilə bağlı heç bir sənəd yoxdur. Borclu vərəm dispanserində qeydiyyatda olması alimenti ödəmək üçün əsas deyil. İki uşağın tək başına saxlamaqda çətinlik çəkir. Göstərilənləri nəzərə alaraq, təqdimatın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında Borclu bildirdi ki, 3 ildir ki, vərəm xəstəliyinə görə müalicə alır, yataq xəstəsi olduğundan alimenti ödəyə bilməmiş, borc yığılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Belə ki, icraatın dayandırılmasının mümkün olduğu hallara dair “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.5-ci maddəsinə əsasən, borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda icra sənədi üzrə icraat dayandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1350/2019 saylı icra sənədinə əsasən Borclu 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat sabit pul məbləğində aliment tutularaq, Tələbkar ödənilməlidir. İşin gedişatında məlum oldu ki, Borclu bu vaxta qədər alimenti ödəmək üçün cəhdlər göstərməmiş, işlə təmin olunması məqsədilə Məşğulluq İdarəsində qeydiyyata durmamış nə də xəstəliyi ilə bağlı əlillik dərəcəsi almaq üçün müvafiq qurumlara müraciət etməmişdir. Məhkəmə hesab edir ki, Borclu vərəm xəstəliyindən əziyyət çəkməsi uşaqlarının qarşısında öhdəliklərindən azad etmir nə də ki, Borclu xəstə olması onun mülki məsuliyyətdən azad edilməsi üçün əsas sayıla bilməz. Uşaqları saxlamaq, onların qayğısına qalmaq, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması hər iki valideynin borcudur. Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda göstərilənlərə əsasın təqdimatın təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.5ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-1350/2019 nömrəli icra sənədinin icrasının dayandırılmasına dair Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Rauf Quliyevin təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Nərimanov Rayon Məhkəməsinəşikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-114/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-114/2025
15.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver