Məhkəmə qərarları › İş №8(027)-116/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-116/2025

16.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-116/2025 16.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Borclu X7 nümayəndəsi X8 iştirakı ilə, Ərizəçi Tələbkar qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Tələbkar ərizə ilə müraciət edərək, Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-925/2020 saylı “Qətnaməsi”nə əsasən müəyyən olunmuş alimenti indeksasiya edərək hazırkı ərizə məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşağa görə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Borclu ilə xx.xx.2010-cu il tarixdə Quba rayon İH Başçısının Çiçi İƏV üzrə nümayəndəliyində 23 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra ailə münasibətləri bir müddət normal olmuş, sonradan münasibətləri pisləşməyə başlamışdır. Bununla bağlı cavabdehlə dəfələrlə aralarında müvafiq danışıqlar olmuş, lakin heç bir müsbət nəticə əldə olunmamışdır. Bu səbəbdən məcburiyyətdən irəli gələrək (övladımın psixikasını və rifahını nəzərə alaraq) cavabdehlə nikahı pozmaq qərarına gəlmişlər. Nəticədə Quba rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-942/2021 saylı “Qətnaməsi”nə əsasən, “Nikahın pozulması haqqında” iddia tələbi tam şəkildə təmin edilmişdir. Bundan öncə Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-925/2020 saylı “Qətnaməsi” ilə mənim “Alimentlə bağlı” iddiası qismən təmin edilmiş və xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana qədər cavabdehdən 300 (üç yüz) manat alimentin tutulması qət edilmişdir. Göründüyü kimi qeyd olunan qətnamənin qəbul edilməsindən artıq 5 il müddət keçmişdir və bu 5 ildə ölkədə yaşayış səviyyəsinin artması səbəbindən dolanışıqla bağlı istər ərzaq və ya qeyri-ərzaq mallarının qiymətlərində heç şübhəsiz əsash artımlar olmuşdur. Ölkədə ərzaq mallarının dəyəri, həmçinin uşağın sosial inkişafı üçün olan digər xidmət sahələrinin (hazırlıq kursları, rəqs, şahmat və sair bu kimi) haqqları da artmışdır. Qeyd olunanlarla bərabər hazırkı iddianın tərəfindən qaldırılmasında əsas səbəblərdən biri də övladlarının təhsilləri, onların inkişafı, əsasən oğlum Maisin xəstəliyi ilə bağh çəkilən xərclər (xəstəliyə dair sənədlər əlavə olunur) və uşaqları ilə əlaqəli digər maddi xərclər və bu xərclərin artmasıdır. Göstərilənlərə əsasən, hazırda “Ərizə” ilə məhkəməyə müraciət edərək məhkəmədən Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-925/2020 sayh “Qətnaməsi”nə əsasən müəyyən olunmuş alimenti indeksasiya edərək hazırkı ərizə məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşağa görə onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.70 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə “Qərardad”ın qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli, 2(027)-925/2020 saylı “Qətnaməsi”də qeyd olunmuş 300 (üç yüz) manat aliment məbləği hazırda uşaqların heç bir tələbatının ödənilməsinə kifayət etmir. Qeyd olunan 300 manat hazırda aylıq olaraq heç 1 uşağın xərclərini qarşılamaz, qaldıkı həmin vəsait 2 uşağın xərclərini qarşılasın və hazırda həmin məbləğ övladlarının xərcləri ilə heç bir məntiqlə uzlaşmır və bu səbəbdən onun və ailə üzvlərinin üzərinə ağır yük düşmüş olur. Aydın məsələdir ki, ödənilən 300 manat heç uşaqlarının aylıq qida xərclərinə yetmir, qaldı ki o, hələ bir onları şəxsi inkişafı üçün bu kimi yerlərə rahat şəkildə göndərə də bilsin. Buna görə də görə o, hazırkı “Ərizə” ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi nümayəndəsi qismində vəkili Vəkil ərizə ilə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X10 nümayəndəsi X11 ərizəni qəbul etməyərək bildirmişdir ki, borclu İİ qrup əlildir. 393 manat təqaüd alır və həmin təqaüdün 300 manatını aliment üçün ödəyir. Qeyd olunanlara əsasən təmin edilməməsini xahiş etmişdir. Məhkəmə borculunun nümayəndəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(027)-925/2020 saylı qətnaməsi ilə xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana qədər cavabdehdən 300 (üç yüz) manat alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2019-cu il üzrə minimum aylıq əmək haqqının məbləği 01 sentyabr 2019-cu il tarixdən 250 manat və 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(027)-925/2020 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün müəyyən olunmuş aliment məbləği 2020-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 06 may 2025ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Quba rayon Məhkəməsinin 18 may 2020-ci il tarixli, 2(027)-925/2020 saylı qətnaməsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X2 üçün X6 tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,60 misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar