Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-118/2025 19.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X1 iştirakı ilə, X1 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı qətnaməsi ilə 06 noyabr 2011-ci il tarixdə X10 və 13 mart 2010-cu il tarixdə X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu onun xeyrinə hər ay, hər uşağa görə tutulan 108 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Borclu ilə 2005-ci ilin oktyabr ayında el adəti üzrə toy edərək ailə qurmuş, nikahları isə Qeydiyyat Şöbəsində 02 dekabr 2010-cu il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 06 noyabr 2011-ci il tarixdə X10 və 13 mart 2010- cu il tarixdə X11 adlı övladları doğulmuşdur. Aralarında olan münasibətlər pozulduğu üçün o, nikahın pozulması, uşaqların onun yanında saxlanması və aliment tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı qətnaməsi ilə aralarında olan nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqlarının onun yanında saxlanması və yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-602/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə qət edilmiş cəmi 216 manat məbləğində alimentlə 2 uşaq saxlamaq çox çətindir. Uşaqların təhsili, boş və asudə vaxtlarının təşkili, yeməyi, qidası, sağlamlığı ilə bağlı xərcləri və uşaqların digər tələbatları günü- gündən artır. Hazırkı vəziyyətdə borclu tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Ona görə də alimentin məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında X3 ərizəni müdafiə edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs olan borcluya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, borclunun iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı qətnaməsi ilə 06 noyabr 2011-ci il tarixdə X10 və 13 mart 2010-cu il tarixdə X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 108 manat olmaqla, ümumilikdə 216 manat sabit pul məbləğində alimentin Borclu tutularaq X5 verilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, Qərarın 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qərarın 8.4-2-ci bəndində əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2015-ci il üzrə minimum aylıq əmək haqqının məbləği 01 sentyabr 2013-cü il tarixdən 105 manat və 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı qətnaməsinə əsasən 13 mart 2010-cu il tarixdə X2 üçün müəyyən olunmuş aliment məbləği 2015-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi ərizəsində X8 münasibətdə də Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı qətnaməsinin indeksasiya edilməsini tələb etsə də, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X10 xx.xx.2006-ci il tarixdə doğulmuş və yetkinlik yaşına çatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən indeksasiya olunmaqla aliment tutulması ərizənin verildiyi 07 may 2025ci il tarixdən başlanmalıdır. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Quba rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(027)-602/2015 saylı qətnaməsinə əsasən 13 mart 2010-cu il tarixdə X2 üçün X6 tutulan aliment məbləği xx.xx.2025-ci il tarixdən başlayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1 (bir) misli həddində indeksasiya olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-118/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-118/2025
19.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver