Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-119/2023 14.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin tələbin borclunun pensiyasına yönəldilməsi haqqında təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayev təqdimatla məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(027)-1710/2020 saylı, icra sənədi ilə Borclu ödəməli olduğu borcun onun pensiyasınaın 25%-nə yönəldilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(027)-1710 saylı icra sənədinə əsasən Borclu 250 manat məbləğində əsas borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 270 manat məbləğində pul vəsaiti alınaraq Tələbkar MMC-nin hesabına ödənilməlidir. Qeyd olunan icra vərəqəsi üzrə 24724/21 saylı icra işi açılaraq qanuna müvafiq qaydada icraata başlanılmışdır. Başlanılmış icraat zamanı borclu könüllü icra müddətində icra sənədini icra etməmişdir. Bu səbəbdən borclunun əmlak və gəlirlərinin müəyyən edilməsi istiqamətində müvafiq orqanlara sorğular verilmişdir. Axtarış zamanı məlum olunmuşdurki, Borclu DSMF-nin Quba rayon şöbəsindən İ qrup əlilliyə görə pensiya alır. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 14 oktyabr 2020ci il tarixli, 2(027)-1710/2020 saylı icra sənədinə əsasən Borclu 250 manat məbləğində borc pul və 20 manat məbləğində dövlət rüsumu alınaraq Tələbkar MMC-yə ödənilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. İş materiallarından görünür ki, Borclu İ qrup əlilliyə görə 150 manat məbləğində pensiya alır. İcra haqqında Azərbaycan Respublikası Qanunun 43.1.2-ci maddəsinə əsasən tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbiridir. Həmin qanunun 65.4-cü maddəsinə əsasən tələbin borclunun təqaüdünə, pensiyasına, müəlliflik və əlaqəli hüquqlardan istifadəyə görə müəlliflik mükafatlarına yönəldildiyi hallarda da bu Qanunun 65-ci maddəsi ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(027)-1710/2020 saylı icra sənədi ilə Borclu ödəməli olduğu borc onun pensiyasının 20%-nə yönəldilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 14 oktyabr 2020-ci il tarixli, 2(027)-1710/2020 saylı icra sənədi ilə Borclu ödəməli olduğu borc onun pensiyasının 20%-nə yönəldilsin. Qərardadın icrası Quba rayon İcra və probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-119/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-119/2023
14.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver