Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-128/2025 12.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, X2 tərəfindən qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiya edilməsi barəsində ərizəsinə baxaraq, müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 86/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cair ilin uşaqlar üçün hesablanmış yaşayış minimuna nisbətdə indeksasiya edilərək müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-86/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən o - X5 ilə Borclu arasında xx.xx.2012-ci il tarixdə Quba rayon İHR-nın Amsar İƏD üzrə nümayəndəliyində bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 26 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 ödənilməsi qət edilmişdir. Hazırda uşağın saxlanması üçün maddi vəziyyəti çox pisdir, bu da yeniyetməlik çağında olan övladının normal fiziki və mənəvi inkişafına, təhsilinə mənfi təsir göstərir. Belə ki, uşağının zəruri tələbatlarını (yemək, tədris vəsaitləri, paltar və sair) ödəməkdə çox çətinlik çəkir. Bundan başqa özü və qızı valideynlərinin himayəsindədir, yaşamağa başqa yeri yoxdur. Valideynləri işləmir, atası İ Qarabağ müharibəsi veteranı - İİ qrup əlildir. Hesab edir ki, uşağın böyüməsi ilə əlaqədar onun ehtiyaclarını ödəmək üçün uşağa 100 manat aliment kifayət etmir. Məhkəmə iclasında X2 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəf Borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-86/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (bir yüz) manat sabit pul məbləğində aliment tutularaq X4 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə ərizə ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Minimum aylıq əmək haqqının məbləğinin artırılması” haqqında Azərbaycan Respublikası Prezidentinin 2017-ci il tarixli Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 1 yanvar 2017-ci il tarixdən 116,0 manat müəyyən edilmişdir. Hazırda iş üzrə toplanmış materialları və ərizəçinin əsaslandırmasını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, ərizə əsaslıdır və göstərilən müraciət təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 2(027)-86/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının xx.xx.2017-ci ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınan zaman uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində sabit pul məbləğində aliment indeksasiya edilməlidir. Quba Rayon Məhkəməsinin 2(027)-86/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı, 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulduğu üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının qət edilmiş misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X1 üçün Borclu sonrakı artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,86 misli həddində sabit pul məbləğində aliment indeksasiya edilsin. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №8(027)-128/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-128/2025
12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver