Məhkəmə qərarları › İş №8(027)-130/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-130/2025

12.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-130/2025 12.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, X2 iştirakı ilə, X3 tərəfindən qətnamə əsasında tutulmuş aliment məbləğinin indeksasiya edilməsi barəsində ərizəsinə baxaraq, müəyyənetdi: X3 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 1153/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatana kimi saxlanılması üçün ünvan 1i ünvanında qeydiyyatda olan və yaşayan Maraqlı şəxs hər ay tutulan 190 manat sabit pul məbləğində aliment indeksasiya edilərək ərizənin məhkəməyə daxil olduğu tarixdən başlayaraq onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2014-cü ildə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X8 adlı övladı anadan olmuşdur. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi həyat yoldaşı ilə münasibətlərinin pozulması, aralarında müəyyən narazılığların meydana gəlməsi səbəbindən birgə yaşamağın mümkün olmaması olub. Ona görə də, qanunvericiliyin tələbinə əsasən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-l 153/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Maraqlı şəxs ilə X5 arasında xx.xx.2014-cü il tarixdə Quba RİHB-nin Rustov İƏD üzrə nümayəndəliyində bağlanmış və akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X6 onun- Əşrəfova (İmanquliyeva) Sevinc Şakir qızının yanında qalması müəyyən edilməsi, Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başalayaraq hər ay 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Hesab edir ki, onun xeyrinə xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatana kimi saxlanılması üçün Maraqlı şəxs tutulan hər ay 190 manat sabit pul məbləğində aliment indeksasiya edilərək 2025-ci il üçün müəyyən olunmuş 400 manat minimum əmək haqqı məbləğinin hər ay 0.56 faiz mislində müəyyən edilməlidir. Qeyd edir ki, ölkədə inflyasiya getmiş, bazar qiymətləri kəskin şəkildə artmışdır. Cavabdehin isə maddi imkanı yaxşıdır. Cavabdehin bir ata kimi uşağını saxlamaq valideynlik borcudur. Cavabdehlə aralarında alimentin miqdarının artırılmasına dair heç bir razılaşma yoxdur. Məlum olduğu kimi, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə 2025-ci ildə yaşayış minimumu 400 manat müəyyən edilmişdir. Məhkəmə iclasında X3 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1153/2024 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə X5 arasında xx.xx.2014-cü il tarixdə Quba RİHB-nın Rustov İƏD üzrə nümayənədliyində bağlanmış və akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmiş nikahın pozulması, həmin nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X6 anası Əşrəfova (İmanquliyeva) Sevinc Şakir qızının yanında qalması müəyyən edilmiş, Maraqlı şəxs xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq Əşrəfova (İmanquliyeva) Sevinc Şakir qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə ərizə ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Minimum aylıq əmək haqqının məbləğinin artırılması” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il tarixli Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 1 yanvar 2023-cü il tarixdən 345 manat müəyyən edilmişdir. Hazırda iş üzrə toplanmış materialları və ərizəçinin əsaslandırmasını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, ərizə əsaslıdır və göstərilən müraciət qismən təmin edilməlidir. Belə ki, X5 ərizəsində Quba Rayon Məhkəməsinin 2(027)-1153/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində sabit pul məbləğində müəyyən edilərək indeksasiya edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 2(027)-1153/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının xx.xx.2024-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınan zaman hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment indeksasiya edilməlidir. Quba Rayon Məhkəməsinin 2(027)-1153/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı, xx.xx.2024-cü il tarixdən etibarən, 190 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulduğu üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının qət edilmiş misli həddində sabit pul məbləğində aliment tutulması 02 iyun 2025-ci il tarixdən başlanmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs sonrakı artımlar nəzərə alınmaqla, uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment indeksasiya edilsin. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar