Məhkəmə qərarları › İş №8(027)-134/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-134/2022

21.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-134/2022 21.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X3 oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxaraq müəyyən etdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə borclu Quba rayonu, İ Nügədi kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 10 may 2015-ci il tarixli, 2(027)-427/2015 saylı icra sənədinə əsasən, Borclu ümumilikdə 14955 manat dəyərində cehiz əmlakı və ya onun dəyəri pulla alınaraq tələbkar Xalidova (Ömərova) Çimnaz Əlyar qızına verilməlidir. Borclu hüquqi yardıma görə 30 manat ödənilmiş xərcin əvəzi və 30 manat dövlət rüsumu alınaraq, tələbkar Xalidova (Ömərova) Çimnaz Əlyar qızına verilməlidir. Quba Rayon Məhkəməsinin 2(027)-540/2020 saylı, 04 iyun 2020-ci il tarixli icra sənədinə əsasən borclu Quba rayonu, İ Nügədi kəndində yaşayan Borclu 08.03.2014-cü il təvəllüdlü X2 və 01.01.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 14.01.2020-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz manat) manat sabit pul məbləğində aliment tutularaq X4 qızına veriməlidir. Yuxarıda qeyd olunan icra sənədləri 13.07.2020-ci il və 20.08.2020-ci il tarixlərdə Quba rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədlərində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Yaranmış borcların ödətdirilməsi, borclunun icra sənədlərinin icrasından yayınması məqsədilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədlərinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 10 may 2015-ci il tarixli, 2(027)-427/2015 saylı icra sənədinə əsasən, Borclu ümumilikdə 14955 manat dəyərində cehiz əmlakı və ya onun dəyəri pulla alınaraq tələbkar Xalidova (Ömərova) Çimnaz Əlyar qızına verilməlidir. Borclu hüquqi yardıma görə 30 manat ödənilmiş xərcin əvəzi və 30 manat dövlət rüsumu alınaraq, tələbkar Xalidova (Ömərova) Çimnaz Əlyar qızına verilməlidir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-540/2020 saylı, 04 iyun 2020-ci il tarixli icra sənədinə əsasən borclu Quba rayonu, İ Nügədi kəndində yaşayan Borclu 08.03.2014-cü il təvəllüdlü X2 və 01.01.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 14.01.2020-ci il tarixindən başlayaraq hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla ümumilikdə 300 (üç yüz manat) manat sabit pul məbləğində aliment tutularaq X4 qızına veriməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədlərinin icrası ilə bağlı icra məmuru tərəfindən 13 iyul 2020-ci il və 20 avqust 2020-ci il tarixlərdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildirişlər göndərilmiş və o həmin bildirişləri rəsmi qaydada qəbul etmişdir. Hazırda isə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməli, Quba Rayon Məhkəməsinin 10 may 2015-ci il tarixli, 2(027)-427/2015 saylı və 04 iyun 2020-ci il tarixli, 2(027)-540/2020 saylı icra sənədlərinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 10 may 2015-ci il tarixli, 2(027)-427/2015 saylı və 04 iyun 2020-ci il tarixli, 2(027)-540/2020 saylı icra sənədlərinə əsasən iş üzrə borclu Quba rayonu, İ Nügədi kəndində qeydiyyatda olan və yaşayan Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar