Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-137/2025 20.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2, Maraqlı şəxs X5 iştirakı ilə X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X3 ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-264/2023 saylı qətnaməsi ilə xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu mənim xeyrinə hər ay, hər uşağa görə tutulan 193 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Borclu ilə 2015-ci ildən 2022-ci ilin fevral ayınadək faktiki nikahla yaşamışlar. Birgə nikahlarından 16 iyun 2018-ci il tarixdə X15 və 13 iyun 2020-ci il tarixdə X10 adlı övladları doğulmuşdur. Faktiki nikaha alındığı vaxtdan Xaçmaz rayonu, Cığatay kəndində İbrahimə məxsus evdə, həm də kirayədə yaşamış və təsərrüfatı birgə idarə etmişlər. Aralarında olan münasibətlər pozulduğu üçün o, atalığın müəyyən edilməsi və aliment tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(027)-264/2023 saylı qətnaməsi ilə Borclu xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X8 münasibətdə atalığının tanınması, xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə qət edilmiş cəmi 386 manat məbləğində alimentlə 2 uşaq saxlamaq çox çətindir. Uşaqların təhsili, boş və asudə vaxtlarının təşkili, yeməyi, qidası, sağlamlığı ilə bağlı xərcləri və uşaqların digər tələbatları günü- gündən artır. Hazırkı vəziyyətdə borclu tərəfindən mənə ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Ona görə də alimentin məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında X3 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu X9 izahatında bildirmişdir ki, maddi gəliri az olduğundan aliment ödəməyə imkanı yoxdur. Odur ki, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Quba rayon Məhkəməsinin 2(027)-264/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə Borclu xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X8 münasibətdə atalığı müəyyən edilməsi və xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2020ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı ) manat sabit pul məbləğində aliment cavabdeh Borclu alınaraq iddiaçı X7 xeyrinə tutulması qət edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qərarın 8.4-2-ci yarımbəndinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddə. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 3-cü maddə. Aliment indeksləşdirmənin obyektlərindən biridir. Nəzərə alınmalıdır ki, Quba rayon Məhkəməsinin 2(027)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə alimentin məbləği təyin edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 345 manat olmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq qətnamə ilə alimentin məbləği müəyyən edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artdığından ərizəçi (tələbkar) məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasını tələb etməkdə haqlıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2023cü ilin yanvar ayının 1-dən 2025-ci ilin yanvar ayının 1-dək minimum aylıq əmək haqqının məbləği 345 manat, xx.xx.2025-ci il tarixdən isə 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin 2(027)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş aliment məbləğinin 2023-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.56 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Ərizədə əmək haqqının 0.58 misli həddində sabit pul məbləğində müəyyən edilməsi xahiş olunsa da, qeyd edildiyi kimi, 2023-cü il tarixli qətnamə ilə tutulmuş aliment məbləğinin indeksasiyası ilə hesablanmaqla 0.56 misli həddində aliment tutulmasına dair nəticə əldə olunduğundan, məhkəmə ərizənin qismən təmin olunması qənaətinə gəlmişdir. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Quba rayon Məhkəməsinin 2(027)-264/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il təvəllüdlü X15 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün X4 tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,56 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №8(027)-137/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-137/2025
20.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver