Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-138/2022 28.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Quba Rayon Məhkəməsinin 09.01.2019-cu il tarixli 2(027)-1050/2019 nömrəli qərardadı ilə “VAZ-21150” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsinə dair X4 ərizəsinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba Rayon Məhkəməsinin 09.01.2019-cu il tarixli 2(027)-1050/2019 nömrəli qərardadı ilə X4 adına olan “VAZ-21150” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Hazırda X5 həmin ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə qərardadı ilə “VAZ 21150” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2(027)-1050/2019 saylı icra sənədi üzrə keçmiş həyat yoldaşı X3 ilə birgə nikah dövründə əldə edilmiş “VAZ 21150” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin 1/2 payı ona müəyyən edilmiş və Quba Rayon Məhkəməsi tərəfindən avtomaşının üzərinə həbs qoyulmuşdur. Tərəfindən iş üzrə tələbkar X1 düşən pay tam şəkildə ödənilmiş, şikayət və iddiası qalmamışdır. Bu barədə onun tərəfindən Quba Rayon İcra və Probasiya şöbəsinə ərizə verilmiş və Quba Rayon İcra və Probasiya Şöbəsinin 01.02.2022-ci il tarixli qərarı ilə 09.04.2019-cu il tarixli, 2(027)-1050/2019 saylı icra sənədinə xitam verilmişdir. Quba Rayon Məhkəməsinin 09.04.2019-cu il tarixli, 2(027)- 1050/2019 saylı icra sənədinə xitam verildiyi üçün, ona məxsus “VAZ 21150” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. İş üzrə tələbkar X3 məhkəməyə ərizə təqdim edərək, borclu X5 tərəfindən avtomobilin 1/2 hissənin dəyəri 3000 (üç min) manat aralarındakı razalaşmaya əsasən ödənildiyindən “VAZ 21150” markalı, **-BN-*** dövlət nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə borclu və tələbkarın ərizələrini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba rayon İcra və probasiya şöbəsinin icraata xitam verilməsi haqqında 01.02.2022-ci il tarixli qərarından görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 09.04.2019-cu il tarixli, 2(027)-1050/2019 saylı icra sənədinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba Rayon Məhkəməsinin 09.01.2019-cu il tarixli 2(027)-1050 saylı icra sənədi üzrə X4 mülkiyyətində olan “VAZ 21150” markalı, **- BN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini qanuna uyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş ərizə təmin edilsin. Quba Rayon Məhkəməsinin 09.01.2019-cu il tarixli 2(027)-1050 saylı icra sənədi üzrə X4 mülkiyyətində olan “VAZ 21150” markalı, **-BN-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan 10 (on) gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-138/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-138/2022
28.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver