Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-139/2025 23.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət edərək, borclu Quba şəhəri, Ağamalıoğlu küçəsi, ev 18 saylı ünvanda qeydiyyatda olan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, 2(027)- 2314/2024-019 saylı icra sənədi üzrə borclu Quba şəhəri, Ağamalıoğlu küçəsi, ev 18 saylı ünvanda qeydiyyatda olan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınır. Borclu tələbkarın xeyrinə heç bir ödəniş etməmişdir. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun Quba Rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. İş üzrə borcluya və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, e-2(027)-2314/2024 saylı icra sənədinə əsasən cavabdeh Borclu 19000 (on doqquz min) manat məbləğində pul alınaraq, iddiaçı Tələbkar Mirzcanşa oğluna verilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə tələbin könüllü icrası barədə borcluya bildiriş təqdim etmişdir. İş İş materiallarına əlavə olunmuş Quba şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Borclu Quba şəhəri, Ağamalıoğlu küçəsi, ev 18 saylı ünvanda yaşayır. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli, e-2(027)- 2314/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba şəhəri, Ağamalıoğlu küçəsi, ev 18 saylı ünvanda qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №8(027)-139/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-139/2025
23.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver