Məhkəmə qərarları › İş №8(027)-141/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-141/2022

28.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-141/2022 28.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin əmlak üzərinə qoyulmuş həbsin götürülməsi haqqında təqdimatına baxaraq müəyyən etdi: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayev təqdimat ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 8(027)-472/2017 saylı, 12 iyun 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ-2121” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş 06 fevral 2017-ci il tarixli, 2(027)-830/2017 saylı icra sənədinə əsasən Borclu Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin xeyrinə cəmi 2667,25 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuş və 68932/17 saylı icra işi açılmışdır. Eyni zamanda iş üzrə borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin borclu tələbi qanunla müəyyən edilmiş müddətdə təmin etməmişdir. Ona görə də tələbin Borclu mülkiyyətində olan “VAZ-2121” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yönəldilməsi üçün Quba rayon məhkəməsinə təqdimat verilmiş və həmin məhkəmənin 8(027)-472/2017 saylı, 12 iyun 2017-ci il tarixli qərardadına əsasən həmin avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulmuşdur. Tələb təmin edildiyi üçün 10 fevral 2022-ci il tarixli qərarla icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən, Borclu adına olan “VAZ-2121” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsi xahiş olunmuşdur. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Quba rayon məhkəməsi tərəfindən verilmiş 06 fevral 2017-ci il tarixli, 2(027)-830/2017 saylı icra sənədinə əsasən Borclu Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Quba rayon şöbəsinin xeyrinə cəmi 2667,25 ABŞ dolları məbləğində borc və 20 manat məbləğində dövlət rüsumu alınaraq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Quba Rayon Məhkəməsinin 8(027)-472/2017 saylı, 12 iyun 2017-ci il tarixli qərardadına əsasən Borclu adına olan “VAZ-2121” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Tələbkar ASC-nin ərizəsindən görünür ki, Quba rayon məhkəməsi tərəfindən verilmiş 06 fevral 2017-ci il tarixli, 2(027)-830/2017 saylı icra sənədi üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarında olan Quba Rayon İcra və probasiya şöbəsinin 10 fevral 2022-ci il tarixli qərarına əsasən, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 06 fevral 2017-ci il tarixli, 3(067)-830/2017 saylı icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 8(027)- 472/2017 saylı, 12 iyun 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ-2121” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 8(027)-472/2017 saylı, 12 iyun 2017-ci il tarixli qərardadı ilə Borclu məxsus “VAZ-2121” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar