Məhkəmə qərarları › İş №8(027)-145/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-145/2023

19.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-145/2023 19.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 borclu Quba rayonu, Mirzəqışlaq kəndi ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-409/2023 saylı icra sənədinə əsasən, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 170 manat məbləğində aliment alınaraq X1 verilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixində Quba rayon icra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün “10” gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edir ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclu və tələbkar, habelə Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)- 409/2023 saylı icra sənədinə əsasən, xx.xx.2018-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün X2 xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 170 manat məbləğində aliment alınaraq X1 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin və xəbərnamənin surətindən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir və o müvafiq imza etməklə bildirişi almışdır. İş sənədlərini araşdıraraq məhkəmə hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat kifayət qədər əsaslandırılmadığından təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Hazırkı icra sənədi üzrə icraata xx.xx.2023-cü ildə başlanmaqla hər hansı icra hərəkətlərinin (borclunun tələbin yönəldilə biləcəyi əmlakı olub-olmaması, əmək haqqının olub-olmaması) aparılmasına dair sübut təqdimata əlavə edilməmişdir. Habelə təqdimat və ona əlavə edilmiş sənədlərdə xx.xx.2023-cü ildə başlanmış icra sənədi üzrə hazırki vaxta olan borc müəyyən edilməmiş və buna dair təsdiqedici sübut əlavə edilməmişdir. Yuxarıda göstərilənlərə və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddələrini və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-409/2023 saylı icra sənədi üzrə borclu xx xxxxxx 1974-cü ildə ünvan 1i ünvanında qeydiyyatda olan və həmin kənddə yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar