Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-149/2025 21.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X1 nümayəndəsi Zeynalabdun Nəcəfovun, Borclu iştirakı ilə X2 “əmlak üzərinə qoyulmuş həbsin götürülməsi” nə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyənetdi: X7 ərizə ilə məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin onun adına özgəninkiləşdirilməsi əsası ilə üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinə əsasən Borclu 103885 manat məbləğində pul vəsaiti tutularaq ona, yəni X5 xeyrinə ödənilməlidir. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X10 təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu məxsus olan torpaq sahəsinin üzərinə həbs qoyulmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Quba rayon Məhkəməsinin 8(027)-271/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reyestr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reyestr nömrəli, 0.8404 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələri üzərinə həbs qoyulmuşdur. Hazırda Borclu borcun bir qisminin ödənilməsinin təmin edilməsi üçün mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin onun adına keçirilməsinə razıdır. Ona görə də, hesab edir ki, borclunun mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reystr nömrəli, 0.0250 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin onun adına özgəninkiləşdirilməsi əsası ilə üzərindən həbs götürülməlidir. Quba rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli qərardadına əsasən ərizə təmin edilmişdir. Həmin qərardaddan Borclu tərəfindən şikayət verilmiş, Quba rayon Məhkəməsinin 28 avqust 2025-ci il tarixli qərardadına əsasən şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 oktyabr 2025-ci il tarixli qərardadına əsasən şikayət qismən təmin edilmiş, Quba rayon Məhkəməsinin 04 avqust 2025-ci il və onunla bağlı 28 avqust 2025-ci il tarixli qərardadları ləğv edilmiş və ərizəyə yenidən baxılması üçün iş Quba rayon Məhkəməsinə qaytarılmışdır. Daha sonra X7 ərizəsini dəqiqləşdirərək, Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində yerləşən **********49 reyestr nömrəli 0.0250 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.315 ha torpaq sahələrinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 nümayəndəsi Zeynalabdun Nəcəfov izahatında ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Borclu bildirmişdir ki, qeyd olunan torpaq sahələrindən 0.025 ha hissəsi xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsi əsasında Maraqlı şəxs ASC-nin adına yüklü edilmişdir. Quba rayonu, Ağbil kəndində yerləşən 0,315 ha təşkil edən torpaq sahəsini isə alğı-satqı müqaviləsi əsasında satmışdır.Həmin alqı-satqı müqaviləsi hazırki vaxtada rəsmiləşdirilməmişdir. Lakin torpağı alan şəxs ondan artıq uzun müddətdir ki, istifadə edir və torpaqla bağlı ödənişləri həyata keçirir. İşə maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs ASC-nin nümayəndəsi 21 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, bankla bağlanılmış xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına əsasən Borclu 120 ay müddətinə, illik 30%- dən çox olmamaq şərti ilə 300000 AZN məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2022-ci il tarixli əsas kredit limiti razılaşmasına xx.xx.2024-cü il tarixli razılaşma imzalanaraq Borclu 36 ay müddətinə illik 20% haqq ödəmək şərti ilə 40000 AZN məbləğində kredit verilmişdir. Əsas kredit limiti razılaşmasından irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Borclu ilə bağlanılmış xx.xx.2022-ci il tarixli 8100***-*******01İ saylı ipoteka müqaviləsinə əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.0250 ha torpaq sahəsİ bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın ipoteka hüququ DƏDRX-in Ərazi İdarəsində xx.xx.2022-ci il tarixində (qeydiyyat №: ********** reyestr №: **********49) dövlət qeydiyyatına alınmışdır. Bildiririk ki, hal-hazırda Borclu "xxxx" ASC-yə xx.xx.2024-cü il tarixli razılaşma üzrə 21777.62 AZN əsas borcu və 595.43 AZN faiz borcu qalmaqdadır. Əmlak üzərinə həbs qoyularkən bu nüans nəzərə alınmamış, kreditorun hüquqları pozulmuşdur. Hesab etmişdir ki, sözügedən əmlak üzərinə həbs qoyulmamalıdır. Əvvəlki məhkəmə iclasında iştirak edən Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 izahatında qeyd etmişdir ki, elektron sistemdə də Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.0250 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən 0.315 ha torpaq sahəsi borclunun adında göstərir. Məhkəmə tələbkar və borclunun izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Quba rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinə əsasən Borclu 103885 manat məbləğində pul vəsaiti tutularaq X5 xeyrinə ödənilməlidir. Quba rayon Məhkəməsinin 8(027)-271/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 saylı icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reysetr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reyestr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reyestr nömrəli, 0.8404 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələri üzərinə həbs qoyulmuşdur. Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli təklif məktubuna əsasən Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.025 ha torpaq sahəsi 825 manat dəyərində qiymətləndirilmişdir. Quba rayonu, Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.315 ha torpaq sahəsi 7875 manat dəyərində qiymətləndirilmişdir. Göstərilənlərə və “icra haqqında “ Azərbaycan Respublikası Qanunun 53.3-cü maddəsinə əsasən Quba Rayon məhkəməsinin 2(027)- 141/2024 nömrəli ,xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Borclu məxsus üzərinə həbs qoyulmuş əmlak ərizəçiyə təklif edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Borclu ünvanlanmış 25 noyabr 2025-ci il tarixli məktubla bildirilmişdir ki, 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli məktuba münasibətdə qeyd edilmişdir ki, həmin məktubda Quba rayon İcra və Probasiya şöbəsinin (icra məmurunun) qərarı və ya müvafiq məhkəmə qərardadı əlavə olunmadığından, Borclu mülkiyyətində olan 4 ədəd ayrı ayrı torpaq sahələrinin üzərində həbsin qoyulmasından imtina edilmiş və bu barədə aidyyatı məktub ilə məlumat verilmişdir.(həmin müddət ərzində torpaq sahələrinin hamısı Borclu mülkiyyətində idi.) Sonradan Quba rayon məhkəməsinin həbsin qoyulmasına dair xx.xx.2024-cü il tarixli, 8(027)-271/2024 nömrəli qərardadı digər məktubunuza əlavə edilərək 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş və mülkiyyətində olan torpaq sahələrinin üzərində həbs qoyulmuş, özgəninkiləşdirilmiş torpaq sahələri barədə məlumat verilərək, həbsin qoyulmasında imtina edilmişdir.(həmin müddət ərzində özgəninkiləşdirilmişdir.Quba rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 16(027)- 69/2024 nömrəli digər qərardadı əsasında Borclu əvvəllər mülkiyyətində olmuş və digər şəxslər tərəfindən özgəninkiləşdirilmiş torpaq sahələrinin üzərində də həbs qoyulmuşdur. Borclu ilə Maraqlı şəxs ASC arasında bağlanmış 12 fevral 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan 0.025 ha torpaq sahəsini xx.xx.2022-ci il tarixli əsas kredit razılaşması və onun ayrılmaz tərkib hissəsi olan razılaşmalardan irəli gələn öhdəliklərin təmin edilməsi məqsədilə ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Vladimirovka kəndində yerləşən Borclu mülkiyyətində olan 0.025 ha torpaq sahəsi xx.xx.2022-ci il tarixli əsas kredit razılaşmasının təmin edilməsi məqsədilə Maraqlı şəxs ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Quba rayonu, Ağbil kəndində yerləşən 0.315 ha torpaq sahəsi Borclu adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Vladimirovka bələdiyyəsi tərəfindən verilmiş 05 iyun 2025-ci il tarixli arayışda göstərilmişdir ki, həqiqətən də Ağbil kəndi ərazisində Borclu məxsus 0.315 ha torpaq sahəsi Vladimirovka kənd sakini X8 istifadəsinə verilmişdir. “Dalğa” Sudan İstifadə edənlər Birliyi tərəfindən verilmiş 11 avqust 2018-ci il, 14 sentyabr 2023-cü il, 30 avqust 2024-cü il tarixli mədaxil qəbzlərinə əsasən Yavər Teymurov tərəfindən birliyə ödənişlər edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.1. İcraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 53.1-ci maddəsinə əsasən üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 aprel 2024cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİİ hissələrinə, 60-cı maddəsinin İ hissəsinə, 129-cu maddəsinin İ və İİ hissələrinə və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə əsasən, məsələ qanunvericilik qaydasında həll edilənədək “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.1 və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş hallarda tələbkarın borclunun üzərinə həbs qoyulmuş əmlakını qəbul etməsi tələbkarın həmin əmlakın qəbulu ilə bağlı iradə ifadəsini özündə əks etdirən və icra məmuru tərəfindən imzalanan protokolla rəsmiləşdirilməli və həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatı bu protokol əsasında aparılmalıdır. Ərizəyə nəzərə yetirdikdə müəyyən olunur ki, ərizəçi borcluya məxsus iki ədəd torpaq sahəsinin üzərindən həbsin götürülməsini xahiş etmişdir. 1) Quba rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi 2) Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahəsi Borclu 0.0250 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə münasibətdə qeyd etmişdir ki, həmin torpaq sahəsi 10 fevral 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən Maraqlı şəxs ASC-nin xeyrinə yüklü edilmişdir. Odur ki, həmin torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini əsassız hesab etmişdir. Lakin qeyd edilməlidir ki, həmin torpaq sahəsi üzərinə həbs bankla borclu arasında yaranmış hər hansı bir mübahisə ilə bağlı deyil, ərizəçi X7 ilə Borclu arasında yaranmış “pul” tələbi ilə bağlı Quba rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli qətnaməsinin icrasının təmin edilməsi məqsədilə qoyulmuşdur.Beləliklə də, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən torpaq sahəsinin üzərinə həbs qoyularkən daşınmaz əmlak artıq bankın xeyrinə yüklü edilmişdir. Bundan əlavə Maraqlı şəxs ASC tərəfindən məhkəməyə təqdim edilmiş yazılı ərizədə sonuncu, torpaq sahəsinin üzərində həbsin mövcud olmasının onların maraqlarına zidd olmasını əsas gətirməklə, torpaq sahəsi üzərindən həbsin götürülməsinə etiraz etmədiyini qeyd etmiş, əksinə həbsin mövcudluğunun bankın hüquqlarının pozulması ilə nəticələndiyini bildirmişdir. Quba rayonu Ağbil kəndində yerləşən 0.315 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsinə münasibətdə isə məhkəmə bildirir ki, borclu həmin torpaq sahəsini başqasına satdığını əsas gətirməklə, torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsinə etiraz etmişdir. Qeyd edilməlidir ki, Borclu həmin torpaq sahəsini Yavər Teymurova satdığını iddia etsə də, bunun müqabilində məhkəməyə 11 may 2020-ci il tarixli əlyazmanı təqdim etmişdir. Hansı ki, həmin əlyazmanı tərəflərin özləri də imzalamamışdır. Eyni zamanda Y.Teymurovun həmin torpaq sahəsindən istifadə etməsi ilə bağlı sudan istifadə üçün ödənilmiş qəbzləri məhkəməyə təqdim etmişdir. Həmin qəbzlərə nəzər saldıqda, onlardan birinin təqdim edilmiş əlyazmadan əvvəlki tarixdə, yəni 11 avqust 2018-ci il tarixə təsadüf etməsi müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, AR MM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 144.1-ci maddəsinə əsasən Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Bundan əlavə məhkəmə bildirir ki, sorğuya cavab olaraq AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən 05 yanvar 2026-cı il tarixli məktubla bildirilmişdir ki, Quba rayonu, Vladimirovka kəndində yerləşən 0.0250 ha və Quba rayonu Ağbil kəndində yerləşən 0.315 ha torpaq sahələri Borclu mülkiyyətindədir. Yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək, məhkəmə o qənaətə gəlir ki, torpaq sahələrinin üzərinə qoyulmuş həbsin götürülməsi üçün hər hansı bir maneə mövcud deyildir. Odur ki, ərizə təmin edilməli, Quba rayonu, Vladimirovka kəndində yerləşən **********49 reyestr nömrəli 0.0250 ha torpaq sahəsi və Quba rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.315 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 162, 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Quba rayonu, Vladimirovka kəndində yerləşən **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi və Quba rayonu, Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.315 ha torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №8(027)-149/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-149/2025
21.01.2026 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver