Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-15/2023 03.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan “MERCEDES BENZ 210D” mikroavtobus, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(067)-1071 saylı icra vərəqəsinə əsasən Borclu maddi ziyana görə 198.58 manat məbləğində və mənəvi zərərə görə 200 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar Qədumuila oğluna verilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Quba rayon İcra və Probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “MERCEDES BENZ 210D’’ mikroavtobus, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. İş üzrə tələbkara, borcluya və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1071/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən iş üzrə Borclu madi ziyana görə 198,58 manat məbləğində və mənəvi zərərə görə 200 manat məbləğində pul alınaraq iddiaçı Tələbkar Qədumulla oğluna verilməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Lakin, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilsə də, onun rəsmi qaydada borcluya çatması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İş materiallarından görünür ki, hazırki iş üzrə Borclu adına “MERCEDES BENZ 210D’’ mikroavtobus, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomaşın qeydə alınmışdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Borclu adına olan “MERCEDES BENZ 210D’’ mikroavtobus, **-OX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vahid Məmmədovun təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-15/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-15/2023
03.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver