Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-151/2025 28.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, X1 iştirakı ilə X1 alimentin miqdarının minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun indeksasiya edilməsi barədə ərizəsinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 alimentin miqdarının minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun indeksasiya edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəməyə ərizə verərək, ərizənin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Beləliklə, məhkəmə iddiaçının ərizəsinin qaytarılmasına dair müraciətini və cavabdehin mülki işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutub məhkəmə QƏRARA ALDİ: X1 alimentin miqdarının minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun indeksasiya edilməsi barədə ərizəsinə baxılmamış saxlanılsın və ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-151/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-151/2025
28.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver