Məhkəmə qərarları › İş №8(027)-152/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-152/2025

25.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-152/2025 25.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, X2 iştirakı ilə X2 qətnamə üzrə tutulmuş aliment məbləğinin indeksasiyası barəsində ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: X3 ərizə ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)-1015/2024 saylı, 22 may 2024-cü il tarixli qətnaməsi ilə 11 may 2019-cu il təvəllüdlü X7 və 14 avqust 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu onun xeyrinə hər ay, hər uşağa görə tutulan 150 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırılmışdır ki, Borclu ilə 10 fevral 2018-ci il tarixdə rəsmi nikah qeyd etdirərək ailə qurmuşdur. Birgə nikahlarından 11 may 2019-cu il təvəllüdlü X11 və 14 avqust 2020-ci il təvəllüdlü X8 adlı övladları doğulmuşdur. Quba Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(027)-1015/2024 saylı qətnaməsi ilə 11 may 2019-cü il təvəllüdlü X11 və 14 avqust 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 06 mart 2024-cü il tarixdən başlayaraq cavabdeh Borclu hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz ) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Eyni zamanda Quba Rayon Məhkəməsinin 04 12 2024-cü il tarixli, 2(027)-1702/2024 saylı qətnaməsi ilə aralarında olan nikah da pozulmuşdur. Quba Rayon Məhkəməsinin 2(027)-1015/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi icra olunması üçün Maraqlı şəxsnə göndərilmişdir. Hazırda məhkəmə qətnaməsi ilə qət edilmiş cəmi 300 manat məbləğində alimentlə 2 uşaq saxlamaq çox çətindir. Uşaqların təhsili, boş və asudə vaxtlarının təşkili, yeməyi, qidası, sağlamlığı ilə bağlı xərcləri və uşaqların digər tələbatları günü-gündən artır. Hazırkı vəziyyətdə borclu tərəfindən onun ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqlarının qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. Ona görə də alimentin məbləğinin indeksasiya olunmasına dair ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamının 1-ci bəndinə əsasən minimum aylıq əmək haqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Həmin sərəncam 2024-cü ildə də qüvvədə olmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1015/2024 saylı qətnaməsi ilə bir uşaq üçün alimentin məbləği 150 manat məbləğində müəyyən edilmişdir. 150 manat məbləğində aliment 2024-cü il üçün minimum əmək haqqının 0,44 misli həddində olmuşdur. Hesab edirəm ki, indeksasiya da ən azından müvafiq həddə aparılmalıdır. Məhkəmə iclasında X3 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Borcluya və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə qismən təmin edilməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(027)- 1015/2024 saylı qətnaməsi ilə 11 may 2019-cü il təvəllüdlü X11 və 14 avqust 2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 06 mart 2024-cü il tarixdən başlayaraq cavabdeh Borclu hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz ) manat sabit pul məbləğində alimentin X4 xeyrinə tutulması qət edilmişdir. AR Mülki Prosessual Məcəlləsinin: 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbənd əlavə edilmişdir: - Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qərarın 8.4-2-ci yarımbəndinə əsasən, nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: 1-ci maddə. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. 3-cü maddə. Aliment indeksləşdirmənin obyektlərindən biridir. Nəzərə alınmalıdır ki, Quba Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(027)- 1015/2024 saylı qətnaməsi ilə alimentin məbləği təyin edilən zaman ölkə üzrə minimum əmək haqqı məbləği 345 manat olmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq qətnamə ilə alimentin məbləği müəyyən edildikdən sonra ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləği artdığından ərizəçi (tələbkar) məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının indeksasiya olunmasını tələb etməkdə haqlıdır. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 2023cü ilin yanvar ayının 1-dən 2025-ci ilin yanvar ayının 1-dək minimum aylıq əmək haqqının məbləği 345 manat, xx.xx.2025-ci il tarixdən isə 400 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Quba Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(027)- 1015/2024 saylı qətnaməsinə əsasən 11 may 2019-cü il təvəllüdlü X11 və 14 avqust 2020ci il təvəllüdlü X1 üçün müəyyən olunmuş aliment məbləğinin 2024-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınmaqla 2025-ci il üzrə müəyyən olunmuş minimum əmək haqqına və sonrakı illər üzrə artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.43 misli həddində indeksasiya olunmaqla aliment tutulmalıdır. Ərizədə əmək haqqının 0.44 misli həddində sabit pul məbləğində müəyyən edilməsi xahiş olunsa da, qeyd edildiyi kimi, 2024-cü il tarixli qətnamə ilə tutulmuş aliment məbləğinin indeksasiyası ilə hesablanmaqla 0.43 misli həddində aliment tutulmasına dair nəticə əldə olunduğundan, məhkəmə ərizənin qismən təmin olunması qənaətinə gəlmişdir. Beləliklə, Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Ərizə qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(027)-1015/2024 saylı qətnaməsinə əsasən 11 may 2019-cü il təvəllüdlü X11 və 14 avqust 2020-ci il təvəllüdlü X1 üçün Borclu tutulan aliment məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,43 misli həddində indeksasiya olunsun. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar