Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-155/2023 20.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Quba rayon Məhkəməsinin 2(027)-2009/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin izah edilməsinə dair Quba rayon İcra və probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri Arif İmanov tərəfindən verilmiş ərizəyə Quba Rayon Məhkəməsi binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri X6 rayon Məhkəməsinin 2(027)-2009/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin izah edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Quba rayon Məhkəməsinin 2(027)-2009/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən X1 məxsus olan, Quba rayonu, Timiryazev kəndində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh X4 tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın və cavabdeh X4 azyaşlı övladları ilə birlikdə, həmin 0.02 ha torpaq sahəsindən çıxarılsın.. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən X1 məxsus olan, Quba rayonu, Timiryazev kəndində yerləşən sahəsi 0.02 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh X4 tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın və cavabdeh X4 azyaşlı övladları ilə birlikdə, həmin 0.02 ha torpaq sahəsindən çıxarılması qərara alınmışdır. Quba rayon İcra və probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri Arif İmanovun ərizəsindən görünür ki, Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)- 2009/2022 saylı icra sənədinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 24 noyabr 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********72 reyestr nömrəli çıxarışa əsasən X1 məxsus olan, Quba rayonu,Timirayzev kəndində yerləşən sahəsi 0,02 ha olan torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsinə cavabdeh X4 tərəfindən yaradılmış maneələrin aradan qaldırılsın və cavabdeh X4 azyaşlı övladları ilə birlikdə, həmin 0,02 ha torpaq sahəsindən çıxarılmalıdır. X2 hüquqi yardım üçün ödənilmiş 200 manat məbləğdə və dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğdə pul vəsaiti alınıb X1 verilməlidir. Həmin icra sənədi icraatıma xx.xx.2023-cü il tarixdə daxil olmuş və tərəfindən müvafiq qaydada icraata başlanılmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2023-cü il tarixində və xx.xx.2023-cü il tarixdə icra prosesləri təyin olunmuşdur. Lakin icra vərəqəsində göstərilən Quba rayonu, Timirayzev kəndində yerləşən sahəsi 0,02 ha olan torpaq sahəsində fərdi yaşayış evinin olması tərəflərindən müəyyən olunmuşdur. Fakt olaraq da məhkəmə qərarında göstərilən borclular həmin fərdi yaşayış evində yaşayırlar. Bu səbəbdən Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2009/2022 saylı icra sənədinin icrasında çətinliklər yaranmışdır. Belə ki, Quba rayon məhkəməsi tərəfindən qəbul edilmiş icra sənədində borcluların 0,02 ha torpaq sahəsindən çıxarılmaları nəzərdə tutulmuşdu. Quba rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(027)-2009/2022 saylı icra sənədinin nəticə hissəsinə cavabdehlərin torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən çıxarılmalarına münasibətdə və icra sənədində maneələrin aradan qaldırılması, o cümlədən hüquqların bərpa edilməsi hissəsində izah verilməsi xahiş olunmuşdur. Quba rayon İcra və probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri Arif İmanova məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, məhkəmə qeyd olunan məsələyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.4-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İcra haqqında Qanununun 14-cü maddəsinə əsasən İcra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir (14.1-ci maddə). Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və zərurət olduqda, icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir (14.2-ci maddə). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə görə işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Lakin Quba rayon Məhkəməsinin 2(027)-2009/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin izah edilməsi üçün əsas yoxdur, çünki qətnamədəki bütün ifadələr anlaşılandır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələbinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (mad.230.1). Qətnamə icra edilməmişsə onun izah edilməsinə yol verilir (mad.230.3) İcra haqqında 27 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikası qanunun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmənin qeyd edilən qətnaməsi əsasında verilmiş icra vərəqəsində aydın şəkildə qətnamənin nəticə hissəsi göstərilmişdir və məhkəmə hesab edir ki qeyd edilən qətnamənin izahı üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 2230, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon Məhkəməsinin 2(027)-2009/2022 saylı, xx.xx.2022 -ci il tarixli icra sənədinin izah edilməsinə dair Quba rayon İcra və probasiya Şöbəsinin rəisi ədliyyə müşaviri Arif İmanov tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-155/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-155/2023
20.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver