Məhkəmə qərarları › İş №8(027)-156/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-156/2022

04.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-156/2022 04.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X10 oğlunun katibliyi, X1 iştirakı ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun 17 mart 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X7 tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin 17 mart 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Abdullayev 17 mart 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarında göstərilmişdir ki, iddiaçı X7 azyaşlı uşaqları 07.05.2005-ci il təvəllüdlü X8, 14.11.2011-ci il təvəllüdlü X9, X5 və X4 ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, 08.05.2019-cu il tarixli çıxarışla X3 məxsus 142,2 kv.metr sahəsi olan evə istifadə hüquqları tanınsın və həmin evə köçürülməlidirlər. İş üzrə tələbkar X6 17.03.2021-ci il tarixli ərizəsi ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək Quba rayon məhkəməsi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən Quba rayon məhkəməsi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda icra sənədi üzrə tələbkar X7 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı icra sənədinə əsasən, iddiaçı X7 azyaşlı uşaqları 07.05.2005-ci il təvəllüdlü X8, 14.11.2011-ci il təvəllüdlü X9, X5 və X4 ilə birlikdə Quba rayonu, Zizik kəndində yerləşən, qeydiyyat nömrəsi ********** olan, 08.05.2019-cu il tarixli çıxarışla X3 məxsus 142,2 kv.metr sahəsi olan evə istifadə hüquqları tanınsın və həmin evə köçürülməlidirlər. Bildirmişdir ki, o, 17.03.2021-ci il tarixli ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Quba rayon məhkəməsi tərəfindən verilmiş 04.06.2020-ci il tarixli, 2(027)-1012/2020 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən Quba rayon məhkəməsi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda isə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun 17 mart 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarını ləğv edərək, Quba rayon Məhkəməsi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli, 2(027)- 1012/2020 №-li icra sənədinin yenidən icraya yönəldilməsi üçün Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X7 ərizəsini müdafiə edərək, bildirmişdir ki, onun əslində ərizənin mahiyyətindən xəbəri olmamışdır. Ona görə də şikayətin təmin ediməsini xahiş edir. İş üzrə Quba rayon İcra və Probasiya Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxmışdır. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, X1 şikayəti təmin edilməlidir. Belə ki, 17.03.2021-ci il tarixli ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Quba rayon məhkəməsi tərəfindən verilmiş 04.06.2020-ci il tarixli, 2(027)-1012/2020 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən Quba rayon məhkəməsi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli, 2(027)- 1012/2020 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda isə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun 17 mart 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarını ləğv edərək, Quba rayon Məhkəməsi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli, 2(027)-1012/2020 saylı icra sənədinin yenidən icraya yönəldilməsi üçün Quba Rayon İcra və Probasiya Şöbəsinə göndərilməsini xahiş etmişdir. Ona görə də, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun icra sənədinin məhkəməyə qaytarılması haqqında 17 mart 2021-ci il tarixli qərarından tələbkar X7 tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun 17 mart 2021-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından X1 verdiyi şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun 17 mart 2021-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar