Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-156/2023 19.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X5 tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-1797/2019 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarına əsasən, xx.xx.2009cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160 manat olmaqla , cəmi 320 manat sabit pul məbləğində aliment X2 tutularaq X3 verilməlidir. Hazırda icra sənədi üzrə tələbkar X5 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba Rayon məhkəməsinin 2(027)-1797/2019 saylı, 20 noyabr 2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün xx.xx.2019cu il tarixdən başlayaraq hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 320 manat sabit pul məbləğində alimentin X4 tutularaq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1797/2019 saylı, 20 noyabr 2019 nömrəli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra cavabdeh X8 özünə məxsus torpaq sahəsini ona və uşaqlarına bağışlayacağını, onun müqabilində isə qət edilmiş aliment məbləğini ödəməyəcəyini və bunun üçün onun ərizəsinə ehtiyac olduğunu bildirmişdir. Ona görə də o, Orxan Səlimova inanaraq 2022-ci ilin may ayında ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)- 1797/2019 saylı, 20 noyabr 2019 nömrəli icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Ona görə də Quba Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 27 may 2022-ci il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərar qəbul edilmişdir. Bundan sonra X8 alimentin əvəzinə torpaq sahəsinin verilməsinə dair razılığa əməl etməyərək torpaq sahəsini onlara verməmişdir. Bununla da o, uşaqların haqqı olan aliment məbləğindən də məhrum olmuşdur. Dəfələrlə cavabdehə götürdüyü öhdəliyi yerinə yetirməsini bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Hazırda aliment məbləğinin verilməməsi uşaqların normal yaşayış səviyyəsinin təmin edilməməsinə gətirib çıxara bilər. Qeyd edilənlərə əsasən icra sənədinin yenidən icraya yönəldilməsini istəyir. İş üzrə borcluya, tələbkara və Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, tələbkar X1 şikayəti təmin edilməlidir. Belə ki, 27 dekabr 2001-ci il tarixli İcra haqqında Azərbaycan Respublikası qanunun 23-cü maddəsində tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsasları göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1797/2019 saylı icra vərəqəsinin geri qaytarılmasına əsas olmuş hallar qanunvericilikdə mövcud deyil. Bu baxımdan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarından tələbkar X5 tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X1 verdiyi şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-156/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-156/2023
19.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver