Məhkəmə qərarları › İş №8(027)-156/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-156/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-156/2025 04.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Musa Rəhimovun borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına baxaraq müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Musa Rəhimov təqdimatla məhkəməyə müraciət edərək, iş üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-2120/2024 saylı icra sənədinə əsasən Borclu cəmi 11572.20 manat borc Tələbkar-nun xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 59654/25 saylı icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmişdir. Yaranmış borcların ödətdirilməsi, borclunun icra sənədlərinin icrasından yayınmaq məqsədi ilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Quba rayon Qaraçay kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmağını xahiş etmişdir. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Musa Rəhimov məhkəmə iclasına gəlmiş, iş üzrə borcluya, tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-2120/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 3600 ( üç min altı yüz ) manat borc məbləği, 7831 ( yeddi min səkkiz yüz otur bir) manat 20 (iyirmi) qəpik maddi ziyan və ödənilmiş 141 ( yüz qırx bir manat) dövlət rüsumu , cəmi, 11572 ( on bir min beş yüz yetmiş iki ) manat 20 (iyirmi) qəpik tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. Hazırda isə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Musa Rəhimov təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslı olduğundan təmin edilməli, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş, 2(027)-2120/2024 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə iş üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264, 266-268-ci maddələrinə əsasən məhkəmə, qəraraaldı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-2120/2024 nömrəli, xx.xx.2024cü il tarixli icra sənədinə əsasən iş üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar