Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-158/2025 04.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Musa Rəhimovun iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-372/2019 saylı icra sənədi üzrə Borclu məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Musa Rəhimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-372/2019 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu Quba rayon İcra və pobasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınmışdır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Musa Rəhimov bildirdi ki, Borclu icra sənədinin icrasından bilərəkdən yayınır, ona görə təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Tələbkar və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-372/2019 nömrəli icra sənədinə əsasən xx.xx.2014-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşağa görə 120 manat olmaqla, cəçi 240 manat sabit pul məbləğində alimentin alınaraq Tələbkar xeyrinə tutulması qət edilmişdir. Təqdimat əlavə olunan digər sənədlərdən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya bildiriş təqdim edilmiş və borclu şəxsən alması barədə imzalamışdır. Eyni zamanda icra məmurları icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ilə dəfələrlə əlaqə saxlayıb könüllü şəkildə İcra və probasiya şöbəsinə gəlməsini tələb etsələr də, Borclu icra sənədinin icrasından bilərəkdən yayınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə belə nəticəyə gəlir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-372/2019 saylı icra sənədi üzrə Borclu icra məmurunun çağırışlarına baxmayaraq, Quba rayon İcra və probasiya şöbəsinə gəlmədiyi və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat vermədiyi və nəticədə icra sənədinin icrasında çətinliklər yarandığı üçün təqdimat əsaslı sayılaraq təmin edilməli, qeyd olunan icra sənədi üzrə Borclu Quba rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməlidir. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Musa Rəhimovun təqdimatı təmin olunsun. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-372/2019 saylı icra sənədi üzrə borclu, xx.xx.1993-cü il təvəllüdlü Quba rayonu, Davidoba kəndində doğulmuş, Quba rayonu, Davidoba kəndində qeydiyyatda olmaqla yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-158/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-158/2025
04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver