Məhkəmə qərarları › İş №8(027)-159/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-159/2022

28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-159/2022 28.03.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X5 oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevin borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq müəyyən etdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayev təqdimatla məhkəməyə müraciət edərək borclu Quba rayonu, Timiryazev qəsəbəsində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan Quba rayon məhkəməsinin 2(027)-308/2021 saylı, 17 may 2021-ci il tarixli icra sənədi üzrə borclu Quba rayonu, Timiryazev qəsəbəsində yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzrsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclunun icra şöbəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi qaydada gətirilməsi məqsədə müvafiqdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba rayon məhkəməsinin 2(027)-308/2021 saylı, 17 may 2021-ci il tarixli icra sənədi üzrə borclu Quba rayonu, Timiryazev qəsəbəsində yaşayan Borclu 07.12.2016-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 18.11.2020-ci il tarixindən başlayaraq hər ay uşağa görə 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq X2 verilməlidir. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən 08 iyul 2021-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələbinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-317 və 317-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba rayon məhkəməsinin 2(027)-308/2021 saylı, 17 may 2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba rayonu, Timiryazev qəsəbəsində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Quba rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar