Məhkəmə qərarları › İş №8(027)-161/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-161/2025

04.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-161/2025 04.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Musa Rəhimovun iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(027)-194/2025 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Musa Rəhimovun təqdimatına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(027)-194/2025 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2025-cü il tarixində Quba rayon İcra və probasiya şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədlərində olan tələb təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Musa Rəhimov bildirdi ki, Borclu icra sənədinin icrasından bilərəkdən yayınır, ona görə təqdimatın təmin olunmasını xahiş etdi. Borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Quba Rayon Məhkəməsinin icra vərəqəsindən görünür ki, Borclu xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başalayaraq sonrakı artımlar nəzərə alınmaqla, hər uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində aliment tutularaq Əzməmmədova (Əmirova) Mehriban Naib qızına ödənilməlidir. Təqdimata əlavə olunan digər sənədlərdən və icra işindən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya xx.xx.2025-cü il tarixli bildiriş göndərilmişdir. Əlavə olaraq, məhkəmə tərəfindən də icra məmurunun təqdimatına baxılmasının yeri və vaxtı barədə borcluya bildiriş göndərilsə də heç bir münasibət bildirilməməklə yanaşı icra sənədini icra etməsinə dair hər hansı bir sübutunu da, icra məmuruna təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir; 84-1.2-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Musa Rəhimovun təqdimatı təmin olunsun. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(027)-194/2025 saylı icra sənədinin təmini istiqamətində borclu, xx.xx.1994-cü il tarixdə Quba rayonu, Zərqava kəndində doğulmuş, Quba rayonu, Zərqava kəndində qeydiyyatda olmaqla yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar