Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-162/2023 27.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, X1 və icra sənədi üzrə Borclu iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1344/2021 saylı icra sənədi üzrə tələbkar X4 Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 xx.xx.2022-ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarından verdiyi şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxıb, M ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1344/2021 saylı icra sənədi üzrə tələbkar X2 rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli icra sənədinin geri qaytarılması barədə qərarının ləğv edilməsi və Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1344/2021 saylı icra sənədinin icra edilməsi üçün yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X7 şikayəti onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1344/2021 saylı. 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə 28 avqust 2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 170 manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət edilmişdir. Quba Rayon Məhkəməsinin 2(027)-1344/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qətnaməsi qanuni qüvvəyə mindikdən sonra icra olunması üçün Quba rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Bundan sonra iş üzrə Borclu təyin edilmiş aliment miqdarında uşağa lazım olan ərzaq və geyim xərclərini qarşılayacağına söz vermiş, onun müqabilində isə qət edilmiş aliment məbləğini ödəməyəcəyini və bunun üçün onun ərizəsinə ehtiyac olduğunu bildirmişdir. Ona görə də o, Borclu inanaraq 12 avqust 2022-ci il tarixində ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-1344/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Ona görə də Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayev tərəfindən 18 avqust 2022-ci il tarixli icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında qərar qəbul edilmişdir. Bundan sonra Borclu aralarında olan razılaşmaya əməl etməyərək alimentin əvəzində uşağa lazım olan ərzaq və geyim xərclərini qarşılamamışdır. Bununla da o, uşağın haqqı olan aliment məbləğindən də məhrum olmuşdur. Dəfələrlə Borclu üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini bildirsə də, bunun heç bir nəticəsi olmamışdır. Bildirmək istəyir ki, o, Borclu inanmışdır. Borclu da alimenti ödəməmək üçün bundan istifadə etmişdir. Uşağın ehtiyacları günü-gündən artır. Hazırda aliment məbləğinin verilməməsi uşağın normal yaşayış səviyyəsinin təmin edilməməsinə gətirib çıxarır. Qeyd edilənlərə əsasən icra sənədinin yenidən icraya yönəldilməsini istəyir. Məhkəmə iclasında Borclu birgə nikahdan 1 uşaqlarının olduğunu, hazırda heç yerdə işləmədiyini, 150 manat məbləğində pensiya aldığını bildirmiş və qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəfin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin və borclunun izahatlarını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkarın müraciəti həmin sənədin yenidən icraya yönəldilməsini istisna etmir. Göstərilənləri nəzərə alaraq, məhkəmə Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1344/2021 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarının ləğv edilməsini qanuni hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şikayət ərizəsi təmin edilsin. Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1344/2021 saylı icra sənədi üzrə xx.xx.2022-ci il tarixli “icra sənədinin məhkəməyə qaytarılması barədə” qərarı ləğv edilsin və Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-1344/2021 saylı icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №8(027)-162/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-162/2023
27.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver