Məhkəmə qərarları › İş №8(027)-163/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-163/2024

29.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-163/2024 29.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Şikayət verən şəxs X3 iştirakı ilə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2019-cu il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X6 tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vahid Məmmədovun xx.xx.2019-cu il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(027)-481/2018 №-li icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarında göstərilmişdir ki, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(027)-481/2018 №-li icra sənədi üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üşün xx.xx.2018-ci tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində aliment cavabdeh X1 tutularaq, iddiaçı X5 verilməlidir. Hazırda icra sənədi üzrə tələbkar X6 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-481/2018 saylı icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdeh X2 hər ay 100 (yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Aralarında barışıq olduğundan xx.xx.2019-cu il tarixində ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, icra sənədinin geriyə qaytarılmasını xahiş etmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli qərarı ilə icra sənədi məhkəməyə qaytarılmışdır. Hal-hazırda ayrı yaşayırlar. Övladına aliment ödəmir. Azyaşlı övladları onun yanındadır. Müseyib Heydərov övladı ilə maraqlanmır. Quba rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədinin məhkəməyə qaytarılması barədə qərarını ləğv edib Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)-481/2018 saylı icra sənədinin yenidən icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X6 şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İş üzrə borcluya, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, tələbkar X3 şikayəti təmin edilməlidir. Belə ki, tələbkar xx.xx.2019-cu il tarixli ərizə ilə Quba rayon İcra və Probasiya Şöbəsinə müraciət edərək, Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(027)-481/2018 saylı icra sənədinin məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən Quba rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(027)-481/2018 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Hazırda isə Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarını ləğv edərək, Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 2(027)-481/2018 saylı icra sənədinin yenidən icraya yönəldilməsi üçün Quba rayon İcra və Probasiya göndərilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, qeyd edilən barışıq sənədi əslində borclunun icra sənədini icra etməkdən yayınması məqsədi ilə olmuşdur. Çünki tələbkar qeyd edilən sənədi imzaladıqdan 1 ay sonra məhkəməyə müraciət etmişdir. Ona görə də, Quba rayon İcra və Probasiya şöbəsinin icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2019-cu il tarixli qərarından tələbkar X6 tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba rayon İcra və Probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X3 verdiyi şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2019-cu il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və probasiya şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar