Məhkəmə qərarları › İş №8(027)-164/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-164/2023

27.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-164/2023 27.04.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X5 tərəfindən verilmiş şikayətə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarı ilə Quba rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-1996/2019 saylı icra sənədi məhkəməyə geri qaytarılmışdır. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarına əsasən, Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 300 manat məbləğində aliment alınaraq tələbkar X2 verilməlidir. Hazırda icra sənədi üzrə tələbkar X5 həmin qərardan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Quba rayon Məhkəməsinin xx.xx.2019-ci il tarixli, 2(027)-1996/2016 saylı qətnaməsi iddia qismən təmin edilmiş, cavabdeh Borclu ilə aralarında bağlanmış nikahın pozulması, uşaqları X1 və X4 onun yanında saxlanılması, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 150 manat olmaqla sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi qət edilmişdir. Bundan sonra cavabdeh heç bir ödəniş etməmişdir. Lakin, cavabdeh X6 birgə nikahlarından dünyaya gələn övladları üçün aliment ödəməli olduğu halda müxtəlif bəhanələr gətirərək aliment ödəməkdən yayınmışdır. Bir müddət sonra cavabdeh onunla yenidən münasibət qurmağ məqsədi ilə ona yenidən vədlər verərək barışmağları birgə nikahdan dünyaya gələn uşaqların atasızlıq hiss etməmələri üçün o, yenidən cavabdehə şans versədə barışdığları və icra propasiya şöbəsində qalıq qalan aliment borcun istəmədikdə imtina etdikdən sonra cavabdeh eyni ilə əvvəllki xasiyyətinə davam etmişdir, cavabdeh planlı şəkildə ondan istifadə edərək aliment borcun silinməsi üçün onu və az yaşlı övladlarının haqqını kəsmişdir. Bundan sonra İcra və Porabasiya Şöbəsinin icra məmuru X11 rayon Məhkəməsi tətəfindən verilmiş xx.xx.2019-ci il tarixdə, 2(027)-1996/2019 saylı icra sənədi üzrə materialları nəzərdən keçirərək icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul etmişdir. Həmin qərarla Quba rayon Məhkəməsinin 04.12.201-ci il tarixli, 2(027)- 1996/2019 saylı icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. İş üzrə borcluya, tələbkara və Quba Rayon İcra və Probasiya Şöbəsinin icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə izahatı dinləyib, şikayəti və iş materiallarını araşdıraraq, hesab edir ki, tələbkar X3 şikayəti təmin edilməlidir. Belə ki, 27 dekabr 2001-ci il tarixli İcra haqqında Azərbaycan Respublikası qanunun 23-cü maddəsində tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədinin icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılması əsasları göstərilmişdir. Lakin məhkəmə hesab edir ki, Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(027)-1996/2019 saylı icra vərəqəsinin geri qaytarılmasına əsas olmuş hallar qanunvericilikdə mövcud deyil. Bu baxımdan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin icra sənədinin məhkəməyə qaytarılması haqqında xx.xx.2022-ci il tarixli qərarından tələbkar X5 tərəfindən verilmiş şikayət əsaslı hesab olunaraq təmin edilməli və həmin qərar ləğv edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022ci il tarixli icra sənədinin məhkəməyə qaytarılması haqqında qərarından tələbkar X3 verdiyi şikayət təmin edilsin. Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin xx.xx.2022ci il tarixli icra sənədinin məhkəməyə geri qaytarılması barədə qərarı ləğv edilsin və icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar