Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-164/2024 03.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, X1 iştirakı ilə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(027)-3065/2015 saylı icra sənədinə əsasən borclu X2 əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(027)-3065/2015 saylı icra sənədi üzrə borclu ərizə ilə məhkəməyə müraciət edərək, əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi məsələsinə baxılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 8(027)-623/2016 saylı qərardadı ilə onun əmlakına həbs qoyulmuşdur. Onun "xxxx" ASCnə olan borcu tam ödənilib, bu barədə Bank tərəfidən məhkəməyə və icra şöbəsinə bildiriş göndərilməsinə baxmayaraq əmlakı üzərində həbs olduğu kimi qalıb, həmin qərardadın icrasına xitam verilməmişdir və əmlakı üzərinə qoyulmuş həbs götürülməmişdir. Odur ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli, 8(027)-623/2016 saylı qərardadı ilə əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X4 izahatında bildirmişdir ki, Onun "xxxx" ASC-nə borcu olmuş, lakin borcunu tam ödəmişdir. Xeyli müddətdən sonra bilmişdir ki, əmlakına həbs qoyulub. Lakin o Banka müraciət edib və borcun tam odənilməsi barədə Bank ona arayış da verib. O əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi üçün Quba rayon İcra və Probasiya şöbəsinə müraciət etsə də, şöbənin icraatında belə bir işin olmadığı bildirilmiş, ona görə məhkəməyə müraciət etmək qərarına gəlmiş və əmlakı üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(027)-3065/2015 saylı qətnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 10 fevral 2015-ci il tarixli, 15008-919/491403 saylı kredit müqaviləsi ləğv edilməsi; X4 və X3 müştərək qaydada 1038,49 ABŞ dollar əsas kredit borcu, 92,85 ABŞ dollar faiz borcu və 2 ABŞ dollar penya olmaqla, cəmi 1133,34 ABŞ dollar borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı və 25,97 manat ödənilmiş dövlət rüsumu tutularaq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 008/40 saylı arayışda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin Quba filialı ilə X4 arasında bağlanmış kredit müqavilələrinə xitam verilmiş və hal-hazırda X2 banka heç bir kredit öhdəliyi yoxdur. Məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli, 2(027)-3065/2015 saylı icra sənədi üzrə icraat zamanı X2 əmlakı üzərinə həbs quyulması müəyyən olunmadığından, ərizə təmi oluna bilməz. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 2(027)-3065/2015 saylı icra sənədinə əsasən borclu X2 əmlakı üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-164/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-164/2024
03.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver