Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-166/2025 08.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi Muradov Əli Şakir oğlunun katibliyi Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vahid Məmmədov Tələbkar nümayəndəsi X2, Borclu2 iştirakı ilə Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(027)-2308/2021 saylı icra sənədi üzrə borclu X1 məcburi qaydada Quba rayon İcra və probasiya şöbəsinə gətirilməsinə dair Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Elmar Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru X5 Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(027)-175/2025 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu2 və Borclu1 Quba rayon İcra və pobasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayonu, Bakı küçəsində yaşayan Borclu2 və Borclu1 məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzürsüz səbəbdən bilərəkdən yayınmışdır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədi ilə borclunun icra şöbəsinə məcburi gətirilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vahid Məmmədov bildirmişdir ki, birgə borclular dəfələrlə Quba Rayon İcra və probasiya şöbəsinə çağırılsa da, onlar şöbəyə gəlməkdən boyun qaçırmışlar. Məhkəmə iclasında Borclu2 bildirmişdir ki, digər Borclu1 onun yoldaşıdır. Ona çağırış barədə heç bir xəbərdarlıq göndərilməmiş və belə çağırışdan xəbərdar olduğu təqdirdə çağırışdan yayınmaycağını bildirmişdir. Bundan sonrakı dövrdə isə çağırışdan yayınmayacağını və həyat yoldaşı Borclu1 ilə birlikdə icra şöbəsinə gedəcəyini bildirmişdir. Məhkəmə iclasında Tələbkar nümayəndəsi X2 bildirmişdir ki, Daşınmaz əmlakın Dövlət reyestri müvafiq ərazidə koordinatları müəyyənləşdirərək sərhəd nişanları yerləşdirmişdir, Borclu2 Səttar qızı isə həmin sərhəd nişanlarını quraşdırıldığı yerdən çıxarmışdır. Qazıntı işləri sərhəd nişanları quraşdırılan yerdən aparılmışdır. Məhkəmə təqdimatı, təqdimata əlavə olunan sənədləri və ümumilikdə icra işini nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(027)-175/2025 nömrəli icra sənədinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən **********91 reyestr, ********* qeydiyyat nömrəli, 24 may 2021-ci il tarixli çıxrışa əsasən iddiaçı Tələbkar mülkiyyətində olan Quba şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən 0.04 ha torpaq sahəsində mülkiyyət hüquqlarının həyata keçirilməsinə və tikinti işlərinin aparılmasına cavabdehlər Borclu2 və Borclu1 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Təqdimat əlavə olunan digər sənədlərdən görünür ki, icra məmuru icra sənədinin könüllü icrası barədə borcluya bildiriş göndərmişdir. “İcra haqqında” AR Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iclasında iştirak edən Borclu2 məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, o, icra məmurunun çağırışdan xəbərdar olduğu təqdirdə çağırışdan yayınmayacaqdır və həyat yoldaşı Borclu1 ilə birlikdə iştirak edəcəkdir. Məhkəmə hesab edir ki, göstərilənlərə nəzərən hazırki təqdimatın təmin edilməsinə lüzum yoxdur. Odur ki, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(027)-175/2025 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə birgə Borclu2 və Borclu1 Quba rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vahid Məmmədovun təqdimatı təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(027)-175/2025 nömrəli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə birgə Borclu2 və Borclu1 Quba rayon İcra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Vahid Məmmədovun təqdimatı təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-166/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-166/2025
08.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver