Məhkəmə qərarları › İş №8(027)-167/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-167/2025

11.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-167/2025 11.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, X4 iştirakı ilə, X5 tərəfindən qətnamə əsasında tutulmuş aliment məbləğinin indeksasiya edilməsi barəsində ərizəsinə baxaraq, müəyyənetdi: X5 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1687/2024 saylı qətnaməsi ilə 04 sentyabr 2009-cu il təvəllüdlü X7 və 24 sentyabr 2012-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Borclu onun xeyrinə hər ay, hər uşağa görə tutulan 180 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə 20 avqust 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 04 sentyabr 2009-cu il təvəllüdlü X10 və 24 sentyabr 2012-ci il təvəllüdlü X9 adlı övladları doğulmuşdur. Quba Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(027)-1019/2020 saylı qətnaməsi ilə 06 may 2020-ci il tarixdən başlayaraq birgə nikahdan olan 04 sentyabr 2009-cu il təvəllüdlü X7 və 24 sentyabr 2012ci il təvəllüdlü X2 üçün cavabdeh Borclu hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, iki uşağa görə cəmi 340 (üç yüz qırx ) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Quba Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(027)-220/2021 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuş, nikah pozulan zaman birgə nikahdan olan 04 sentyabr 2009-cu il təvəllüdlü X10 və 24 sentyabr 2012-ci il təvəllüdlü X9 mənim himayəmdə saxlanılmışdır. Quba Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(027)-1687/2024 saylı qətnaməsi ilə alimentin miqdarı artırılaraq birgə nikahlarından olan 04 sentyabr 2009-cu il təvəllüdlü X7 və 24 sentyabr 2012-ci il təvəllüdlü X1 üçün Borclu hər ay hər uşağa 180 manat olmaqla, iki uşağa cəmi 360 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Məhkəmə iclasında X5 ərizəni müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. İş üzrə tərəflər Borclu və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-1687/2024 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, Quba Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(027)-1019/2020 saylı qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı artırılmış, qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, cavabdeh Borclu hər uşağa hər 180 (bir yüz səksən) manat olmaqla, iki uşağa cəmi 360 (üç yüz altmış) manat məbləğində aliment iddiaçı X8 xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə ərizə ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Ailə məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. “20 dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarnın 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın “20” dekabr 2024-cü il Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması (alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir), habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Minimum aylıq əmək haqqının məbləğinin artırılması” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il tarixli Sərəncamı ilə minimumum aylıq əmək haqqının məbləği 1 yanvar 2023-cü il tarixdən 345 manat müəyyən edilmişdir. Hazırda iş üzrə toplanmış materialları və ərizəçinin əsaslandırmasını nəzərdən keçirərək məhkəmə müəyyən etmişdir ki, ərizə əsaslıdır və göstərilən müraciət təmin edilməlidir. Belə ki, Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin 2(027)-1687/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə qət edilmiş sabit pul məbləğində tutulan alimentin miqdarının xx.xx.2024-cü ildə müəyyən olunmuş minimum əmək haqqına mütənasibliyi nəzərə alınan zaman hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment indeksasiya edilməlidir. Quba Rayon Məhkəməsinin 2(027)-1687/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə alimentin miqdarı, qətnamə qanuni qüvvəsini aldığı tarixdən etibarən, 180 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi andan tutulduğu üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının qət edilmiş misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 110.1, 232-ci maddələrini rəhbər tutub, q ə r a r a a l d ı: Ərizə təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X3 üçün X8 xeyrinə Borclu sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment indeksasiya edilsin. Qərardadın icrası Maraqlı şəxsnə həvalə edilsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar