Məhkəmə qərarları › İş №8(027)-17/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-17/2023

03.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-17/2023 03.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X4 Quba Rayon Məhkəməsinə təqdimat verərək, borclu, Quba rayonu, Rustov kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimatdan müəyyən edilir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2075/2019 saylı icra sənədinə əsasən borclu, Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq iki uşağın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay cəmi 300 manat aliment alınaraq, tələbkar X2 verilməlidir. Qeyd olunan icra sənədi üzrə xx.xx.2019-cu il tarixində Quba rayon İcra və probasiya şöbəsinə daxil olmuş iş üzrə icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsində olan şifahi məlumata əsasən Borclu ölkə hüdudlarından kənara gedir-gəlir. Ona görə də icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclu və tələbkar, habelə Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2075/2019 saylı icra sənədinə əsasən cavabdeh, xx.xx.2019-cu il tarixli, 2(027)-2075/2019 saylı icra sənədinə əsasən borclu, Borclu xx.xx.2019-cu il tarixdən başlayaraq 11 noyabr 2010-cu il təvəllüdlü X3 və 25 aprel 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məğbləğində aliment alınaraq, tələbkar X2 verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən göründüyü kimi, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmənin sorğusu əsasında Quba rayon İcra və Probasiya şöbəsinin məktubundan göründüyü kimi, Borclu 03 fevral 2023-cü il tarixə 6800 manat aliment borcu vardır. Qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Borclu Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2075/2019 saylı icra sənədini üzrlü səbəb olmadan icra etməmiş və borclunun ölkə ərazisini tərk edəcəyi təqdirdə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2075/2019 saylı icra sənədinin icra oluna bilinməmə mümkünlüyünü nəzərə alaraq, hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 2(027)-2075/2019 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev AZƏRBAYCAN RESPUBLİKASİ QUBA RAYON MƏHKƏMƏSİ AZ 4000, Quba şəhəri, Heydər Əliyev pr. Tel: (02333) 5-62-62, Faks: (02333) 5-62-63 www.gubacourt.gov.az Elektron ünvan İş № 8(027)-17/2023 03 fevral 2023-cü il Quba rayon İcra və probasiya şöbəsinə Borclu: Borclu Ünvan: Quba rayonu, Rustov kəndi Tələbkar: X2 Ünvan: Quba rayonu, İİ Nügədi kəndi Quba Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 8(027)-17/2023 nömrəli qərardadı məlumat üçün Sizə göndərilir. Qoşma: Qərardad 01 vərəqə. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar