Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-17/2025 17.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, X1 iştirakı ilə Quba Rayon Məhkəməsinin 8(027)-510/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair X3 ərizəsinə Quba Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X4 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 8(0271- 510/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadının ləğv edilməsi və mülkiyyətində olan ban nömrəsi XTA210740CY034087 olan, “Vaz 21213 minik” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-6400/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən borclu X2 532,85 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" KB ASC-yə verilməlidir. Həmin borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə Quba rayon Məhkəməsinin 8(027)-510/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-6400/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə ona məxsus ban nömrəsi XTA212130Y1486064 olan, “Vaz 21213 minik” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur. Hazırda o, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-6400/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən üzərinə düşən ödəlikləri tam icra etmişdir. Tələbkar "xxxx" KB ASC-yə heç bir məbləğdə borcu qalmamışdır. Məhkəmə iclasında ərizəçi X4 ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi və tələbkar "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Quba Rayon Məhkəməsinin 2(027)-6400/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X2 532,85 ABŞ dolları məbləğində pul və 20 manat dövlət rüsumu alınaraq tələbkar "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir; Quba Rayon Məhkəməsinin 8(0271-510/2017 saylı xx.xx.2017-ci il tarixli qərardadının surətindən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-6400/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə X3 adına olan “Vaz 21213 minik” markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərinə həbs qoyulmuşdur; "xxxx" KB ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 2(027)-6400/2016 saylı xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən X4 "xxxx" KB ASC-nə olan borcunu tam olaraq ödəmişdir; Quba rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-6400/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsi üzrə X3 borcu ödənilmiş və xx.xx.2020-ci il tarixdə iş üzrə icraata xitam verilmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən, tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı, Quba Rayon Məhkəməsinin 8(027)-510/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə X3 mülkiyyətində olan “VAZ 21213” minik markalı **- BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Quba Rayon Məhkəməsinin 8(027)-510/2017 saylı, xx.xx.2017-ci il tarixli qərardadı ilə X3 mülkiyyətində olan “VAZ 21213” minik markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardadın icrası Quba rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-17/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-17/2025
17.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver