Məhkəmə qərarları › İş №8(027)-172/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-172/2024

08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-172/2024 08.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin probasiya üzrə böyük icra məmuru X1 Quba Rayon Məhkəməsinin 2(027)-3127/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarın icrasına xitam verilməsi barədə təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin probasiya üzrə böyük icra məmuru X1 Quba Rayon Məhkəməsinin 2(027)-3127/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarı üzrə “icraata xitam verilməsi” təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-3127/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2016-cı il tarixdən başlayraq hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq X5 verilməlidir. Borclu 30 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. İş üzrə tələbkar X3 xx.xx.2024-cü il tarixli ərizəsinə əsasən Quba Rayon Məhkəməsinin 2(027)-3127/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən, Quba Rayon Məhkəməsinin 2(027)-3127/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin icraatına xitam verilməlidir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclu məhkəmə iclasına gəlməmiş, habelə Quba rayon İcra və Probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-3127/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarına əsasən xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu xx.xx.2016-cı il tarixdən başlayraq hər ay 117 manat sabit pul məbləğində aliment tutularaq X6 verilməsi və Borclu 30 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2016-cı il tarixli “icraata başlamaq haqqında qərar”ın surətindən göründüyü kimi, Borclu Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin 2(027)-3127/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İş üzrə tələbkar X7 tərəfindən Quba rayon İcra və probasiya şöbəsinə təqdim edilmiş ərizədən görünür ki, Borclu icra sənədində qeyd olunan xx.xx.2016-cı il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment pulunu X6 tam ödəmişdir, odur ki, F. Qəhrəmanov barəsində görülmüş bütün tədbirlər ləğv edilərək, icra sənədi üzrə icraata xitam xerilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icraata xitam verilir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-3127/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə işin icrasına xitam verilməsi haqqında icra məmurunun təqdimatı təmin edilməli və qərarın icrasına xitam verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-3127/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarının icrasına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar