Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-174/2023 05.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Borclu məxsus əmlak üzərinə həbs qoyulması barədə təqdimata məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 təqdimatla müraciət edərək, Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli 2(027)-3844/2017 saylı icra sənədinə əsasən Borclu mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli 2(027)-3844/2017 saylı icra sənədinə əsasən borclular borclular X1 və Borclu cəmi 1089,83 USD alınaraq, tələbkar “Unibank “ KB ASC-yə ödənilməlidir. İcra sənədi üzrə 316256/17 saylı icra işi açılmış, xx.xx.2017-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “icra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbkara heç bir məbləğdə pul ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində Borclu mülkiyyətində Quba şəhəri, 32-33-cü məhəllə ünvanında 0,04 ha torpaq sahəsində yerləşən fərdi ev müəyyən olunmuşdur. Ona görə də tələbin borcluya məxsus olan torpaq sahəsinin üzərinə yönəldilməsi məqsədəmüvafiqdir. İş üzrə Borclu məhkəməyə ərizə təqdim edərək, ərizədə göstərmişdi ki, o səhhətilə əlaqədar məhkmə iclasında iştirak edə bilmir, lakin qeyd edir ki, həmin işlə bağlı o zamin qismində məhkəməyə dəvət olunub. Onun yeganə mal varlığı 4 sot torpaq sahəsi və üzərində yerləşən fərdi evdir, başqa əmlakı olmadığına görə təqdimatın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tələbkar məhkəmə iclasına gəlməmiş, habelə Quba rayon İcra və Probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin olunmamalıdır. Belə ki, iş materialında olan Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli 2(027)- 3844/2017 saylı məhkəmə əmrinə əsasən borclular borclular X1 və Borclu cəmi 1089,83 USD alınaraq, tələbkar “Unibank “ KB ASC-yə ödənilməsi əmr edilmişdir. İş materialında olan Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru Rauf Quliyevin xx.xx.2017-ci il tarixli “icraata başlamaq haqqında” qərarından görünür ki, Borclu Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli 2(027)-3844/2017 saylı icra sənədinə əsasən icra tələbinin könüllü icra etməsi üçün qanunvericiliklə 10 gün müddətində vaxt verilmiş, bu müddətdə tələbi üzürsüz səbəbdən icra etmədiyi üçün barəsində qanunvericiliklə nəzərdə tutulan qaydada müvafiq icra tədbirlərinin həyata keçiriləcəyi barədə xəbərdarlıq olunmuşdur və tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən icra sənədləri üzrə tələb ilk növbədə borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldilir. Borcluda aşkar edilən nağd pul vəsaitləri götürülür. Həmin Qanunun 45.6-cı maddəsinə görə tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. «İcra Haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təxirəsalınmaz hallarda borclu tərəfindən əmlakın məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, icra məmuru məhkəmənin qərarı olmadan da əmlakın üzərinə həbs qoya bilər. İcra məmuru 24 saat ərzində bu barədə icra üzrə nəzarəti həyata keçirən məhkəməyə məlumat verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq siyahısı”ndan göründüyü kimi, qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. İş materiallarında olan AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əmlak məlumatları barədə elektron çıxarışdan və RX ******* seriyalı Çıxarışın surətindən göründüyü kimi, Quba şəhəri, 32-33-cü məhəllə ünvanında 0,04 ha torpaq sahəsi və üzərində yerləşən fərdi ev borclunun mülkiyyətindədir. Göründüyü kimi üzərinə həbs qoyulması barədə təqdimat verilmiş əmlak icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak olduğu üçün, həmin torpaq sahəsi üzərinə həbs qoyula bilməz. Məhkəmə hesab edir ki, qərarın icrasını təmin etmək məqsədilə Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2017-ci il tarixli 2(027)-3844/2017 saylı icra sənədinə əsasən Borclu adına Quba şəhəri, 32-33-cü məhəllə ünvanında 0,04 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməməlidir. Qeyd olunanları nəzərə alaraq, «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Quba Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(027)-3844/2017 saylı icra sənədinə əsasən Borclu adına Quba şəhəri, 32-33-cü məhəllə ünvanında 0,04 ha torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-174/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-174/2023
05.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver