Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-177/2023 03.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyev təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli e-2(027)-1163/2015 saylı icra sənədinə əsasən Borclu cəmi 4020,97 manat və dövlət rüsumu üçün ödənilmiş 60,61 manat alınaraq, tələbkar “Unibank “ KB ASC-yə ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə 174329/22 saylı icra işi açılmış, xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuş, borcluya “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə əsasən icra sənədinin könüllü icrasını təmin etməsi üçün vaxt verilmişdir. Lakin borclu bu günə kimi tələbkara heç bir məbləğdə pul ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi ilə bağlı aidiyyəti üzrə sorğular verilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları nəticəsində Borclu mülkiyyətində Quba rayon, Zərdabi qəsəbəsində yerləşən, 0,06 ha torpaq sahəsi müəyyən olunmuşdur. Ona görə də tələbin borcluya məxsus olan torpaq sahəsinin üzərinə yönəldilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında Borclu bildirmişdir ki, Quba rayonu, Zərdabi qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsini 2013-cü ildə satmışdır. İş üzrə tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1163/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 3600,48 (üç min altı yüz manat qırx səkkiz qəpik) manat əsas, 408,90 (dörd yüz səkkiz manat doxsan qəpik) manat faiz borcu, 11,59 (on bir manat əlli doqquz qəpik) manat cərimə olmaqla, cəmi 4020,97 (dörd min iyirmi manat doxsan yeddi qəpik) manat borc və 60,61 (altmış manat altmış bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə tutulmalıdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. Lakin, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilsə də, onun rəsmi qaydada borcluya çatması barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İş materiallarından görünür ki, hazırki iş üzrə Borclu adına Quba rayonu Zərdabi qəsəbəsində 0.06 ha torpaq sahəsi qeydə alınmışdır. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Borclu mülkiyyətindəə olan Quba rayonu Zərdabi qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsini satmışdır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Borclu adına olan Quba rayonu Zərdabi qəsəbəsində 0.06 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Rauf Quliyevin təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-177/2023
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-177/2023
03.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver