Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-177/2024 14.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi, Quba rayon İcra və probasiya şöbəsinin probasiya üzrə icra məmuru X1 Quba Rayon Məhkəməsinin 2(027)-1843/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasına xitam verilməsi barədə təqdimatına və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Quba rayon İcra və probasiya şöbəsinin probasiya üzrə böyük icra məmuru X1 Quba Rayon Məhkəməsinin 2(027)-1843/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə təqdimatla müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-1843/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaçına çatanadək saxıanması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq Rzamova (Nəzirova) Gültac Saləddin qızına ödənilməlidir. İş üzrə tələbkar Rzamova (Nəzirova) Gültac Saləddin qızının ərizəsinə əsasən Quba rayon məhkəməsinin 2(027)-1843/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməsini xahiş etmişdir. Bu səbəbdən, Quba Rayon Məhkəməsinin 2(027)-1843/23 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icraatına xitam verilməlidir. Quba rayon Məhkəməsini Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə borclu və tələbkar məhkəmə iclasına gəlməmiş, habelə Quba rayon İcra və Probasiya şöbəsi nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-1843/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Borclu xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaçına çatanadək saxıanması üçün hər ay 190 manat sabit pul məbləğində aliment tutularaq Rzamova (Nəzirova) Gültac Saləddin qızına ödənilməsi qət edilmişdir. İş üzrə tələbkar X3 tərəfindən Quba rayon İcra və probasiya şöbəsinə təqdim edilmiş ərizədən görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-1843/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə heç bir tələbi və şikayəti yoxdur, odur ki, icra sənədi üzrə icraata xitam xerilməsini xahiş etmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icraata xitam verilir. Məhkəmə təqdimata əlavə edilmiş sənədləri tədqiq edərək, hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)-1843/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə işin icrasına xitam verilməsi haqqında icra məmurunun təqdimatı təmin edilməli və qərarın icrasına xitam verilməsi məqsədəmüvafiq hesab edilməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsinin 2(027)-1843/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №8(027)-177/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-177/2024
14.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver