Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-178/2022 04.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov İlqar Aslan oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X8 Quba Rayon Məhkəməsinə təqdimat verərək, Quba rayonu, Qəcər-Zeyid kəndində yaşayan Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimatdan müəyyən edilir ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli, 2(027)-963/2021 saylı icra sənədinə əsasən Borclu 05.04.2021-ci il tarixdən başalayaraq, 25 aprel 2006-cı il təvəllüdlü X2, 14 iyun 2008-ci il təvəllüdlü X3 və 14 sentyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, üç uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi üzrə 05.10.2021-ci il tarixli iş üzrə icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmişdir. Quba rayon İcra və probasiya şöbəsində olan şifahi məlumata əsasən Borclu ölkə hüdudlarına gedib-gəlir. Ona görə də icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə Borclu, Tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün sayır. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli, 2(027)-963/2021 saylı icra sənədinə əsasən Borclu 05.04.2021-ci il tarixdən başalayaraq, 25 aprel 2006-cı il təvəllüdlü X2, 14 iyun 2008-ci il təvəllüdlü X3 və 14 sentyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanılması üçün hər ay bir uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, üç uşağa görə 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment alınıb Tələbkar verilməlidir. İş materiallarında olan 05.10.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədində göstərilən tələbi könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Qanunvericilik borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə məhkəmə qərarının icra məmurunun hər hansı təqdimatı deyil, əsaslandırılmış təqdimatı əsasında qəbul edilməsini nəzərdə tutur. İşdə olan sənədlərdən görünür ki, Borclu müəyyən tarixlərdə ölkə hüdudlarından xaricə gedib gəlir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(027)- 963/2021saylı icra sənədi icraya yönəldikdən sonra Borclu icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, o, həmin sənədi könüllü icra etməmiş, icra sənədini hansı səbəbdən icra etməməsi ilə bağlı Quba rayon İcra və probasiya şöbəsinə heç bir məlumat verməmişdir. Borclu tez-tez xarici ölkələrdə olması müəyyənləşdirilmişdir. Qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Borclu Quba Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(027)-963/2021 saylı icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Məhkəmə borclunun ölkə ərazisini tərk etdiyi təqdirdə Quba Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(027)-963/2021 saylı icra sənədinin icra oluna bilməməsini nəzərə alaraq, hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Beləliklə, məhkəmə, Quba rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatını və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalı, Quba Rayon Məhkəməsinin 03.09.2021-ci il tarixli, 2(027)-963/2021 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 03.09.2021-ci il tarixli, 2(027)-963/2021 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №8(027)-178/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-178/2022
04.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver