Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-178/2024 08.05.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X4 oğlunun katibliyi, Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatına baxaraq, müəyyənetdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reyestr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reyestr nömrəli, 0.96 ha torpaq sahəsi və Quba rayonu, Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 103885 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Quba rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Quba Rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reyestr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reyestr nömrəli, 0.96 ha torpaq sahəsi və Quba Rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin olduğu müəyyən edilmişdir. Ona görə də tələbin borcluya məxsus olan torpaq sahələrinin üzərinə yönəldilməsi məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən Borclu Quba Rayon Məhkəməsinin 2(027)-141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verdiyini bildirərək, təqdimatın təmin edilməməsini xahiş etdi. İş üzrə tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsinin 2(027)-141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 103885 manat məbləğində pul tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixdə qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmişdir. İş materiallarından görünür ki, Borclu məxsus olan Quba rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reyestr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reyestr nömrəli, 0.96 ha torpaq sahəsi və Quba rayonu, Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin olduğu müəyyən edilmişdir. İş materiallarından görünür ki, Borclu Quba Rayon Məhkəməsinin 2(027)-141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda isə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayev təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclu məxsus olan Quba Rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reyestr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reyestr nömrəli, 0.96 ha torpaq sahəsi və Quba Rayonu Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin üzərinə həbs qoyulmasını xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.6-cı maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək həmin icra sənədi üzrə icraat dayandırılır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Quba Rayon Məhkəməsinin 2(027)- 141/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxılması üçün 2(027)-141/2024 saylı mülki iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərildiyindən icra məmurunun borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimatı təmin edilməməlidir. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 50.2-ci, Azərbaycan Respublikası MPM-nin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Borclu mülkiyyətində olan Quba rayonu, Vladimirovka kəndində **********49 reyestr nömrəli, 0.0250 ha torpaq sahəsi, **********90 reyestr nömrəli, 0.36 ha torpaq sahəsi, **********85 reyestr nömrəli, 0.96 ha torpaq sahəsi və Quba rayonu, Ağbil kəndində yerləşən **********35 reyestr nömrəli, 0.3190 ha torpaq sahələrinin üzərinə həbs qoyulması barədə Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nürəddin Əmrullayevin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-178/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-178/2024
08.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver