Məhkəmə qərarları › İş №8(027)-179/2022

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-179/2022

06.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-179/2022 06.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi İş üzrə Borclu iştirakı ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatına açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 Quba Rayon Məhkəməsinə təqdimatla müraciət edərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair məsələyə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 11.11.2021-cı il tarixli, 2(027)-1672/2021 saylı icra sənədinə əsasən 06.07.2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 14.07.2021-ci il tarixdən Borclu hər ay 150 manat sabit məbləğdə aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pul tutularaq, Tələbkar verilməlidir. Qeyd olunan icra sənədi 17.12.2021-ci il tarixdə icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün vaxt müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələbi könüllü təmin etməmişdir. Yaranmış borcun ödətdirilməsi, borclunun icra sənədinin icrasından yayınmaq məqsədi ilə ölkə ərazisini tərk etməsinin qarşısını almaq və icra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması zərurəti yaranmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə, tələbkar və Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbini bildirməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iş üzrə Borclu Quba rayon İcra və Probasiya Şöbəsi tərəfindən cəmi bir dəfə çağırıldığını, həmin vaxt Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun yanında olduğunu, icra məmurunun onun telefon nömrəsini aldığını, zəng olunanda gəlməsini bildirmişdir. Təqdimatın təmin olunmamasını xahiş etdi. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 11.11.2021-cı il tarixli, 2(027)-1672/2021 saylı icra sənədinə əsasən nikah pozularkən tərəflərin birgə nikahından 06 iyul 2019-cu il tarixdə doğulmuş X2 anası Tələbkar yanında saxlanılmalıdır; 06 iyul 2019-cu il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 14 iyul 2021-ci il tarixdən cavabdeh Borclu hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment və uşağın 3 yaşına çatanadək saxlanılması ilə əlaqədar ayda 50 manat məbləğində pul tutularaq, iddiaçı Tələbkar verilməlidir. İş materiallarında olan 17.12.2021-ci il tarixli bildirişdən görünür ki, Borclu icra sənədini könüllü icra etməsinə dair bildiriş göndərilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İş materiallarından görünür ki, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 11.11.2021-cı il tarixli, 2(027)-1672/2021 saylı icra sənədi icraya yönəldikdən sonra Borclu icra sənədini könüllü icra etməsi barədə bildiriş göndərilməsinə baxmayaraq, o, həmin sənədini könüllü icra etməmiş, icra sənədini hansı səbəbdən icra etməməsi ilə bağlı Quba rayon İcra Şöbəsinə heç bir məlumat verməmişdir. Borclu tez-tez xarici ölkələrdə olması müəyyənləşdirilmişdir. Qeyd olunanlar məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, Borclu Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 11.11.2021-cı il tarixli, 2(027)-1672/2021 saylı icra sənədini üzrlü səbəb olmadan icra etməmişdir. Borclunun icra sənədini icra etməmək üçün ölkə ərazisini tərk edəcəyi barədə şübhələr kifayət qədər inandırıcıdır. Məhkəmə borclunun ölkə ərazisini tərk etdiyi təqdirdə Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 11.11.2021-cı il tarixli, 2(027)-1672/2021 saylı icra sənədinin icra oluna bilməməsini nəzərə alaraq, hesab edir ki, göstərilən icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zəruridir. Beləliklə, məhkəmə, iş üzrə borclunun izahatını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, təqdimat təmin olunmalı, Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 11.11.2021-cı il tarixli, 2(027)-1672/2021 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Təqdimat təmin edilsin. Quba Rayon Məhkəməsi tərəfindən verilmiş 11.11.2021-cı il tarixli, 2(027)-1672/2021 saylı icra sənədi üzrə Borclu Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar