Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-184/2022 15.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi X4 oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevin borclunun məcburi qaydada gətirilməsi barədə təqdimatına baxaraq müəyyən etdi: Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayev təqdimatla məhkəməyə müraciət edərək borclu Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və Probasiya şöbəsinin icraatında olan Quba rayon məhkəməsinin 2(027)-1330/2021 saylı, 10 dekabr 2021-ci il tarixli icra sənədi üzrə borclu Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzrsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin səmərəli icrasını təmin etmək məqsədilə borclunun icra şöbəsinə müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi qaydada gətirilməsi məqsədə müvafiqdir. İş üzrə borcluya, tələbkara və Quba rayon İcra və Probasiya Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Quba rayon məhkəməsinin 2(027)-1330/2021 saylı, 10 dekabr 2021-ci il tarixli icra sənədinə əsasən borclu Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu, X5, X1 və X2 Quba rayonu, Abuloba kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, 28.12.2019-cu il qeydiyyat tarixli, **********99 reyestr nömrəli Çıxarışına əsasən Tələbkar məxsus 1.9281 hektar torpaq sahəsinin "xxxx" MMC-nin 01/190 saylı, 27.02.2020-ci il tarixli mütəxəssis rəyi və Məhkəmə Tikinti-Texniki Ekspertizasının 10/698 saylı, 10.06.2020-ci il tarixli ekspert rəyində qeyd olunan koordinantlara əsasən 0.40 hektar hissəsindən çıxarılmalı və həmin torpaq sahəsinə borclular X5, X1, X6 və Borclu tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. İş materiallarından görünür ki, qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən 27 yanvar 2022-ci il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin tələbin könüllü icrası barədə borcluya bildiriş göndərilmiş və o, həmin bildirişi rəsmi qaydada qəbul etmişdir. İş materiallarından görünür ki, Borclu Quba Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(027)-1330/2021 saylı qətnaməsindən apelyasiya şikayəti vermiş, apelyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Hazırda isə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayev təyin edilmiş müddət ərzində tələbin borclu tərəfindən könüllü olaraq icra edilməməsini əsas gətirərək, Borclu məcburi qaydada gətirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.6-cı maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti ilə əlaqədar həmin məhkəmələrin qərarları qanuni qüvvəyə minənədək həmin icra sənədi üzrə icraat dayandırılır. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Quba Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2(027)-1330/2021 saylı qətnaməsindən verilmiş apelyasiya şikayətinə baxılması üçün 2(027)-1330/2021 saylı mülki iş Sumqayıt Apelyasiya Məhkəməsinə göndərildiyindən icra məmurunun borclunun məcburi qaydada gətirilməsi haqqında təqdimatı təmin edilməməlidir. Yuxarıda göstərilənlərə, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264 və 267-268-ci maddələrinə əsasən məhkəmə, q ə r a r a a l d ı: Quba rayon məhkəməsinin 2(027)-1330/2021 saylı, 10 dekabr 2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Quba rayonu, Vəlvələ kəndində yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya Şöbəsinə gətirilməsi barədə Quba rayon İcra və probasiya Şöbəsinin icra məmuru Elmar Abdullayevin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №8(027)-184/2022
Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-184/2022
15.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver