Məhkəmə qərarları › İş №8(027)-188/2023

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-188/2023

08.05.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-188/2023 08.05.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmraslan Arif oğlunun katibliyi ilə, Quba rayon İcra və Probasiya Şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-1855/2022 saylı icra sənədi üzrə Borclu məcburi gətirilməsi barədə təqdimata və əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyənetdi: Quba rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 təqdimatla məhkəməyə müraciət edərək, borclu, Quba şəhəri, 20 Yanvar küçəsi, ev 45 ünvanında qeydiyyatda olan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba rayon İcra və probasiya şöbəsinin icraatında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e-2(027)-1855/2022 saylı icra sənədi üzrə borclu, Quba şəhəri, 20 Yanvar küçəsi, ev 45 ünvanında qeydiyyatda olan Borclu icra sənədinin icrası ilə əlaqədar icra sənədini icra edən icra məmurunun çağırışlarından və məhkəmə qərarlarının icrasından üzrsüz səbəbdən bilərəkdən yayınır. İcra sənədinin icrasını təşkil etmək məqsədi ilə borclunun Quba rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Tələbkar "ABC Telecom” MMC məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini və təqdimata nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Quba rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi və borclu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə hazırkı işə təqdimat vermiş orqanın nümayəndəsinin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş sənədlərini araşdıraraq hesab edir ki, borclunun məcburi gətirilməsi barədə təqdimat təmin edilməməlidir. İş materiallarında olan Quba Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, e- 2(027)-1855/2022 saylı icra sənədinə əsasən Borclu xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, "SAMSUNG LED TV" üçün 1353,6 (bir min üç yüz əlli üç manat, altmış qəpik) manat ödənilməmiş hissə, 15,40 (on beş manat, qırx qəpik) manat cərimə, ümumilikdə 1369 (min üç yüz altmış doqquz) manat borc, dövlət rüsumu üçün ödənilmiş 34 (otuz dörd) manat 89 qəpik məbləğdə pul vəsaiti alınıb "ABC Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qeyd edilən icra sənədinin könüllü icra edilməsi ilə bağlı Borclu rəsmi bildiriş göndərilmişdir. Qeyd edilən bildirişin xəbərnaməsinin surətində xəbərnamənin xx.xx.2022-ci il tarixdə “qohumu Səlimova” kimi imza edilməklə qəbul edildiyi təsdiq etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44.1-ci maddəsinə əsasən həmin Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə görə icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə də, icra sənədi üzrə tələbin könüllü icra edilməsi ilə bağlı bildirişin rəsmi qaydada borclu tərəfindən alınması ilə bağlı sübut təqdim olunmadığından, habelə hər hansı digər icra hərəkətlərinin aparılması ilə bağlı məlumatlar iş materiallarına əlavə olunmadığından, məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 1-1-ci maddəsinə əsasən, icra qanunvericiliyi qanunun aliliyinin təmin olunması və hamının qanun qarşısında bərabərliyi, obyektivlik, ədalətlilik prinsiplərinə əsaslanır. Qeyd olunanlara əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 44.1 və 84-cü maddələrini, habelə Azərbaycan Respublikası MPM-nın 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Quba Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(027)-1855/2022saylı icra sənədi üzrə borclu, ünvan 1 ünvanda yaşayan Borclu məcburi qaydada Quba rayon İcra və Probasiya şöbəsinə gətirilməsi barədə təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar