Məhkəmə qərarları › İş №8(027)-19/2024

Quba Rayon Məhkəməsi Qərardad — İş №8(027)-19/2024

23.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № 8(027)-19/2024 23.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə Quba Rayon Məhkəməsinin 2(027)-194/2023 nömrəli xx.xx.2023-cü il tarixli saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Nürəddin Əmrullayevin təqdimatına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Quba rayon İcra və probasiya şöbəsinin icra məmuru X5 Rayon Məhkəməsinin 2(027)-194/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəi məhdudlaşdırımasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin 2(027)-194/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 31 mart 2017-ci il təvəllüdlü X3 və 18 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tələbkar X2 xeyrinə tutulmalıdır. İcra sənədi üzrə 58160/23 saylı icra işi açılmış və borclunun yaşadığı ünvana tələbin könüllü qaydada icra etməsi üçün bildiriş göndərilmişdir. Lakin borclu bu zamana kimi tələbi təmin etməmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Quba rayon İcra və probasiya şöbəsinin nümayəndəsi, tələbkar X4 və Borclu məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı, icra işini və materialı araşdıraraq hesab edir ki, təqdimat əsassız olduğundan təmin edilməməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən göründüyü kimi, Quba Rayon Məhkəməsinin 2(027)-194/2023 nömrəli xx.xx.2023-cü il nömrəli icra sənədinə əsasən Borclu 31 mart 2017-ci il təvəllüdlü X3 və 18 sentyabr 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün, 01 mart 2023-cü il tarixdən başlayaraq, cavabdeh Borclu hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, iki uşağa cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə əsaəsn məcburi icra tədbirləri: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə qeyd edir ki, icra məmuru icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrasına dair bildirişi borcluya müvafiq qaydada təqdim etməli, borclu tərəfindən tələbin könüllü icrası təmin edilmədikdə, icra məmuru tərəfindən icra tədbirləri görülə bilər. Təqdimata əlavə olunmuş sənədlərdən və icra işi materiallarından görünür ki, icra sənədi ilə bağlı borclunun mülkiyyətində daşınar və daşınmaz əmlakların olubolmamasının aydınlaşdırılmamış, icra məmuru tərəfindən müvafiq orqanlara sorğular, həmçinin borclunun əmək haqqı, pensiyası, təqaüdü barədə sorğu göndərilməmiş, bununla belə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən təqdimatla məhkəməyə müraciət olunmuşdur. Məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan hallar icra məmuru tərəfindən araşdırılmadığından, icra tədbirləri tam həyata keçirilmədiyindən hazırkı halda təqdimatın təmin edilməsi mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Quba Rayon Məhkəməsinin 2(027)-194/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Quba rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Nürəddin Əmrullayevin təqdimatı təmin edilməsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar